Hindistanda hava limanı UFO-ya görə fəaliyyətini dayandırdı - VİDEO

Hindistanda hava limanı UFO-ya görə fəaliyyətini dayandırdı - VİDEO


Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Hindistanda hava limanı UFO-ya görə fəaliyyətini dayandırdı - VİDEO


Noyabrın 19-da Hindistanın İmfal şəhərindəki "Bir Tikendrajit" beynəlxalq hava limanında fövqəladə vəziyyət elan olunub.
Tatli.Biz xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.
Hava limanındakı təyyarələr üç saat uçuşu dayandırıb. Buna səbəb isə hava məkanında naməlum uçuş aparatının aşkar edilməsi olub.
Naməlum uçuş aparatı yerli vaxtla saat 14:30-da aşkarlanıb. Nəticədə bir neçə reys Kəlkütə və Quvahatiyə yönləndirilib.
Hava Hərəkəti İdarəsi nümayəndəsi təsdiqləyib ki, hava limanı yaxınlığında naməlum uçan obyekt aşkar edilib. Onu adi gözlə görmək mümkün olub və hava limanından qərbə doğru hərəkət edib.
Qeyd edək ki, UFO uçuşu ilə bağlı hərbçilər məlumatlandırılıb. Hindistan Hərbi Hava Qüvvələrinin Şərq Hava Komandanlığı müdafiə cavab mexanizmini işə salıb. Bundan sonra kiçik obyekt yoxa çıxıb./BAKU.WS


Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 27 | vaxt Tarix: 20.11.2023 23:54

Statistika

Cəmi 101351 xəbər var
24 saat ərzində 74 xəbər əlavə edilib
Dostlarınla Paylaş

Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023