İnfarkt olacağınızı 1 ay əvvəldən necə bilmək olar? İnfarkt olacağınızı 1 ay əvvəldən necə bilmək olar?
Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun
Son XəbərlərAxtar

İnfarkt olacağınızı 1 ay əvvəldən necə bilmək olar?


Ancaq bu yazıda sağlam həyat tərzi yaşamaq və az əsəbiləşmək haqqında deyil, bu xəstəliyin əlamətləri barədə söhbət gedəcək.
İnfarkt olacağınızı 1 ay əvvəlcədən bilmək olarmı? Bəzi əlamətlər yaxınlaşan təhlükə barədə sizi 1 ay öncədən xəbərdar edə bilər. Bəz hansı əlamətlər həyəcan siqnalı kimi qəbul oluna bilər? Bu əlamətləri bilməklə siz lazımi tədbirlər görərək infarktın qarşısını ala bilərsiniz.
Yorğunluq
Arteriyalar daraldıqda ürək həmişə olduğundan daha az qan qəbul edir. Bu da qan dövranı sisteminin fəaliyyətini pozur. Bu problemin ilkin əlaməti isə daimi yuxululuq və tam yorğunluq hissidir.

Nəfəs daralması

Ürəyiniz kifayət qədər qan qəbul edə bilmirsə, bu o deməkdir ki, sizin ağciyərləriniz almağa vərdiş etdikləri oksigen miqdarını ala bilmir.
Bu iki sistem bir-birindən olduqca asılıdır. Biri digərindən ayrı normal fəaliyyət göstərə bilmir. Belə ki, əgər normal nəfəslə bağlı probleminiz yaranıbsa, təcili surətdə həkimlə məsləhət edin.
Zəiflik
Əgər bütün bədəninizdə zəiflik hiss edirsinizsə, bu o deməkdir ki, sizin arteriyalarınızda çox az qan vardır. Əzələləriniz lazımi miqdarda oksigen və qidalandırıcı maddələr qəbul edə bilmir. Buna görə də əgər hər hansı səbəb olmadan özünüzü huşunuzu itirəcək kimi hiss edirsinizsə, bu artıq özlüyündə ürək-damar sistemi ilə bağlı həyəcan siqnalı sayıla bilər.

Başgicəllənməsi və soyuq tər
Beyinə qan axınının çatışmazlığı həyat üçün olduqca təhlükəlidir. Əgər bütün bədəninizi soyuq tər basırmış kimi hissiyat varsa və tez-tez başınız gicəllənirsə, siz bu əlamətləri sadəcə olaraq gözardı edə bilməzsiniz.

Sinədə təzyiq
Əgər sinənizdə həddindən artıq təzyiq hissi, bu bölgədə narahatlıq kimi əlamətlər yaranırsa, bu əsla yaxşı hal deyil. Bu əlamətlər zamanla daha tez-tez təkrarlana və sizə daha çox narahatlıq yaşada bilər. Əgər bu əlamətləri gözardı etsəniz, infarktla qarşı-qarşıya qalma riskiniz böyükdür.
"Şaxta" sindromu
Əgər sizdə periodik olaraq (vaxtaşırı) səbəbsiz yerə qrip əlamətləri yaranırsa, bu, yaxınlaşan infarkt barədə xəbər verə bilər. İnfarkt keçirən bir çox insanlar infarktdan bir neçə gün əvvəl izah edilməsi mümkün olmayan "soyuq" hissi keçirdiklərini və "donduqlarını" qeyd ediblər.
Bununla necə mübarizə aparmaq olar?
Əgər bu əlamətləri şəxsən yaşadığınızı hiss edirsinizsə və ya yaxınlarınızdan kimsə bunları yaşayırsa, təcili olaraq həkimə müraciət edin. İnfarktın qarşısını almağın ən yaxşı üsulu onun erkən mərhələdə əlamətlərini aşkar etmək və profilaktik müalicəyə başlamaqdır./saglamolun.az Tatli.Biz Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 45   Tarix: 21 yanvar 2022   Şikayətiniz varsa Whatsapp: 051 7028255Facebookda Paylaş
Foto

Foto
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 21 | vaxt Tarix: 21.01.2022 23:36

Ən Yeni Xəbərlər

Təcili Tibbi Yardım niyə TƏCİLİ cavab vermir? Təcili Tibbi Yardım niyə TƏCİLİ cavab vermir?
vaxt Tarix: 15:45:09
baxis Baxış: 1
Bakıda qadın müəllimi öldürüb yandıran şəxs ələ keçdi - YENİLƏNİB + VİDEO Bakıda qadın müəllimi öldürüb yandıran şəxs ələ keçdi - YENİLƏNİB + VİDEO
vaxt Tarix: 15:45:09
baxis Baxış: 0
İlham Əliyev: "Hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır" İlham Əliyev: "Hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır"
vaxt Tarix: 15:18:07
baxis Baxış: 1
Azərbaycanlı daha bir boksçu İrəvanda erməniyə qalib gəlib Azərbaycanlı daha bir boksçu İrəvanda erməniyə qalib gəlib
vaxt Tarix: 15:09:07
baxis Baxış: 1
"Gürcüstanın artıq itirəcək nəyisə yoxdur" - Politoloq "Gürcüstanın artıq itirəcək nəyisə yoxdur" - Politoloq
vaxt Tarix: 15:00:07
baxis Baxış: 1
Ağdamda hərbçi minaya düşdü - YENİLƏNİB + VİDEO Ağdamda hərbçi minaya düşdü - YENİLƏNİB + VİDEO
vaxt Tarix: 14:54:07
baxis Baxış: 1
"Sağalmaz yara"mız olan tıxacların həll yolu nədir? - Ekspertdən CAVAB "Sağalmaz yara"mız olan tıxacların həll yolu nədir? - Ekspertdən CAVAB
vaxt Tarix: 14:54:07
baxis Baxış: 1
Mehriban Əliyeva İlham Əliyevlə birlikdə şəklini paylaşdı - FOTO Mehriban Əliyeva İlham Əliyevlə birlikdə şəklini paylaşdı - FOTO
vaxt Tarix: 14:45:07
baxis Baxış: 1
Bakıda hücuma məruz qalan qız danışdı: Yolda gedərkən məni arxadan qucaqladı və ... - VİDEO Bakıda hücuma məruz qalan qız danışdı: Yolda gedərkən məni arxadan qucaqladı və ... - VİDEO
vaxt Tarix: 14:27:08
baxis Baxış: 1
Əlillik meyarları yenidən DƏYİŞDİRİLƏCƏK Əlillik meyarları yenidən DƏYİŞDİRİLƏCƏK
vaxt Tarix: 14:09:07
baxis Baxış: 1

Statistika

Bazada 51505 Xəbər var
24 saat ərzində 102 xəbər əlavə edilib
News Sitemap
Dostlarınla Paylaş

Saytda 120 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022