"İnterAz" və "SalamNews"un sahibi — Hacı Mətləbin FOTOSU

"İnterAz" və "SalamNews"un sahibi — Hacı Mətləbin FOTOSU


Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

"İnterAz" və "SalamNews"un sahibi — Hacı Mətləbin FOTOSU


Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və "İnteraz" TV-nin Bakı ofisi də var.
Əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.
2002-ci ildə yaradılan və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınan "İnterAz" telekanalına "Hacı Mətləb" kimi tanınan Mətləb Bağırov rəhbərlik edir.
Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun İranın Qum şəhərində və Suriyada dini təhsil aldığına dair məlumatlar var.
Mətləb Bağırov həm də "SalamNews" İnformasiya Agentliyinin təsisçisidir.
Modern.az-ın məlumatına görə, sosial şəbəkələrdə Mətləb Bağırovun dini çıxışlarından ibarət videoroliklər yerləşdirilib.

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 27 | vaxt Tarix: 31.01.2023 21:18

Statistika

Cəmi 79517 xəbər var
24 saat ərzində 62 xəbər əlavə edilib
Dostlarınla Paylaş

Saytda 38 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023