Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edidi | Tatli.Biz
Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edidi

Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edidi


İki il əvvəl noyabrın 9-da Şuşa şəhərinin azad edilməsinin ardınca Azərbaycan Ordusu Laçının Güləbird, Səfiyan, Türklər kəndlərini də işğalçılardan təmizləmişdi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından sonra Ermənistan kapitulyasiya elan etdi. Beləliklə də, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu. Beləliklə də, Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması prosesi başa çatdı.
Qeyd edilməlidir ki, 1992-ci ildə AXC-Müsavat mənfur cütlüyünün Bakıda vəzifə davasında iştirak etdiyi dövrdə ön cəbhə müdafiəsiz qalmışdı. Məhz bu hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın nəticəsində erməni quldurları Azərbaycanın son dərəcə strateji əhəmiyyətli Şuşa və Laçın rayonlarını işğal etməyə nail oldular. Buna görə də, Şuşanın təhvil verilməsi, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsi bilavasitə AXC-Müsavat cütlüyünün, o vaxt həmin partiyaların rəhbərliyinin və onların üzvlərinin cinayəti idi. Xain AXC-Müsavat cütlüyü 1992-ci ildə Şuşanın və Laçının işğalından sonra hakimiyyətə gəldiyi də faktdır. Elə bu səbəbdən də Şuşanın və Laçının işğal olunması AXC-Müsavat cütlüyünün gənc müstəqil Azərbaycan dövlətinə qarşı etdiyi satqınlıq, xəyanət və cinayət idi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində Laçının bir şəhid vermədən qaytarılması, rayonun işğaldan azad olunması tarixi hadisədir. Laçın rayonu Ağdam və Kəlbəcər kimi bir güllə atmadan, bir şəhid vermədən işğalçılardan təmizləndi, azad olundu.
Azərbaycan dövlətinin bu gün qarşısında duran mühüm vəzifələrdən biri bundan sonra işğaldan azad edilən rayonlara qayıdışı təmin etməkdir. Artıq bu istiqamətdə işlər başlanılıb, azad olunmuş ərazilərdə bərpa, tikinti işləri görülməkdədir. Rayon ərazində aparılan tikinti-bərpa işlərinin güdişatı onu göstərir ki, artıq Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər.
Kənd təsərrüfatı rayonu olan Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar vardır. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilir. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürürlər.
Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenent, qazi
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 5 | vaxt Tarix: 25.11.2022 16:45

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022