Müdaxilə ehtimalı artır – Generalların zənglərinə cavab verilmir | Tatli.Biz
Müdaxilə ehtimalı artır – Generalların zənglərinə cavab verilmir
Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Müdaxilə ehtimalı artır – Generalların zənglərinə cavab verilmir


Çinin yüksək vəzifəli hərbi şəxsləri ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri nəticəsində iki ölkə arasında yaranmış böhran fonunda amerikalı həmkarlarının çoxsaylı zənglərinə məhəl qoymurlar.
Bu barədə "Politico" rəsmi mənbələrə istinadən məlumat verib.
Mənbələr bildiriblər ki, ABŞ-ın hərbi komandanlığı tammiqyaslı müharibənin qarşısını almaq üçün Çin kimi potensial düşmənlərlə belə açıq ünsiyyət xətlərini saxlamaq istəyir.
Amma Pekin ABŞ-ın yüksək vəzifəli generallarının çağırışlarına məhəl qoymur.
Pelosinin Tayvana səfərindən sonra Çinin ada yaxınlığındakı silahlı qüvvələrinin sayını artırması və davam edən hərbi təlimlərinin miqyasını genişləndirməsi ABŞ-da narahatlıqla izlənilir. Ağ Ev amerikalı spikerin səfərinə cavab olaraq, Çin ordusunun Tayvana müdaxiləsindən ehtiyat edir./Teleqraf
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 4 | vaxt Tarix: 06.08.2022 21:18

Saytda 138 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022