Oğuzda yaşayış evi yandı | Tatli.Biz
Oğuzda yaşayış evi yandı
Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Oğuzda yaşayış evi yandı


Oğuzda fərdi yaşayış evi yanıb.
Tatli.Biz-ın APA-ya istinadla məlumatına görə, axşam saatlarında rayonun Mollalı kəndində, kənd sakini, 1988-ci il təvəllüdlü Nazim Yaqub oğlu Məmmədova məxsus ümumi sahəsi 100 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Hadisə nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 5 | vaxt Tarix: 06.08.2022 22:18

Saytda 136 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022