"Putin şərt irəli sürə bilməz, çünki üstün mövqedə deyil" – Almaniya kansleri "Putin şərt irəli sürə bilməz, çünki üstün mövqedə deyil" – Almaniya kansleri
Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun
Son XəbərlərAxtar

"Putin şərt irəli sürə bilməz, çünki üstün mövqedə deyil" – Almaniya kansleri


Rusiya prezidenti Vladimir Putinin kompetensiyası getdikcə daha çox suallar doğurmağa başlayıb. Problem ondadır ki, faktiki olaraq döyüş meydanında uduzmasına baxmayaraq, öz tələblərindən geri çəkilmək istəmir. Yəni şərt diqtə etmək üçün hərbi-iqtisadi gücü olmasa da, necə deyərlər, höcətliyindən əl çəkmir.
Bu dəfə Almaniya kansleri Olaf Şolz buna əmin olub. O, mayın 13-də telefon danışığı zamanı Putinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyində dəyişiklik hiss etməyib. Almaniya lideri bu barədə "T-online" xəbər portalına müsahibəsində bildirib.
Şolzun ​​sözlərinə görə, Rusiya Ukraynada hərbi əməliyyatın əvvəlində elan etdiyi məqsədlərin heç birinə nail olmayıb. Ukrayna ərazisi fəth edilməyib, Rusiya silahlı qüvvələri əhəmiyyətli itki verib, NATO nəinki geri çəkilməyib, hətta şərq cinahda qüvvələrini artırıb. Bütün bunları nəzərə alan kansler Rusiya liderinin hərəkətlərinin rasionallığını şübhə altına alıb.
O, həmçinin Ukraynadakı münaqişənin səbəb olduğu qlobal ərzaq böhranı təhlükəsini xatırladıb . "Bir çox ölkələr bundan əziyyət çəkir, çünki Ukrayna əsas taxıl təchizatçılarından biridir. Bu, bizim kimi supermarket rəflərində kifayət qədər günəbaxan yağının olub-olmaması kimi bir məsələ deyil, söhbət əsl aclıqdan gedir",- deyə Şolz bildirib.
Almaniya kansleri vurğulayıb ki, Rusiya sülh sazişinin şərtlərini diktə edə bilməz, çünki müharibədə üstün mövqeyə sahib deyil. "Tədricən Putinə aydın olmalıdır ki, bu vəziyyətdən yeganə çıxış yolu Ukrayna ilə qarşılıqlı anlaşmadır",- Almaniya lideri bildirib.
Şolz Kiyevin tələb etdiyi kimi, Rusiyanın Krımı Ukraynaya qaytarmalı olub-omadığı barədə suala cavab verərkən deyib ki, "mən Putindən qoşunlarını yenidən geri çəkməsini tələb edirəm".
Kansler tətbiq olunan sanksiyalardan əlavə, Ukraynaya hərbi yardım göstərməyə davam edəcəyinə söz verib. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı sanksiyalardan ağır zərbə alıb, onun inkişaf imkanları ciddi şəkildə sarsılıb.
"Müttəfiqlərimizlə birlikdə biz Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa məcbur etmək istəyirik. Ona görə də biz geniş sanksiyalar tətbiq etmişik. Lakin biz NATO ilə Rusiya arasında birbaşa qarşıdurmaya səbəb ola biləcək qərar qəbul etməyəcəyik",- deyə Şolz əmin edib.
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 7 | vaxt Tarix: 14.05.2022 23:27

Ən Yeni Xəbərlər

Azərbaycanda yetişəcək Səlcuq Bayraktarlar - VİDEO Azərbaycanda yetişəcək Səlcuq Bayraktarlar - VİDEO
vaxt Tarix: 16:18:09
baxis Baxış: 0
Gürcüstanın prezidenti İlham Əliyevi təbrik etdi Gürcüstanın prezidenti İlham Əliyevi təbrik etdi
vaxt Tarix: 16:18:09
baxis Baxış: 0
Prezident: "Bu gün gözəl Zəngilan torpağında həyat qururuq" Prezident: "Bu gün gözəl Zəngilan torpağında həyat qururuq"
vaxt Tarix: 16:00:08
baxis Baxış: 0
Şuşada ilk respublika uşaq tədbiri keçiriləcək Şuşada ilk respublika uşaq tədbiri keçiriləcək
vaxt Tarix: 15:54:09
baxis Baxış: 0
Təcili Tibbi Yardım niyə TƏCİLİ cavab vermir? Təcili Tibbi Yardım niyə TƏCİLİ cavab vermir?
vaxt Tarix: 15:45:09
baxis Baxış: 1
Bakıda qadın müəllimi öldürüb yandıran şəxs ələ keçdi - YENİLƏNİB + VİDEO Bakıda qadın müəllimi öldürüb yandıran şəxs ələ keçdi - YENİLƏNİB + VİDEO
vaxt Tarix: 15:45:09
baxis Baxış: 0
İlham Əliyev: "Hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır" İlham Əliyev: "Hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır"
vaxt Tarix: 15:18:07
baxis Baxış: 2
Azərbaycanlı daha bir boksçu İrəvanda erməniyə qalib gəlib Azərbaycanlı daha bir boksçu İrəvanda erməniyə qalib gəlib
vaxt Tarix: 15:09:07
baxis Baxış: 1
"Gürcüstanın artıq itirəcək nəyisə yoxdur" - Politoloq "Gürcüstanın artıq itirəcək nəyisə yoxdur" - Politoloq
vaxt Tarix: 15:00:07
baxis Baxış: 1
Ağdamda hərbçi minaya düşdü - YENİLƏNİB + VİDEO Ağdamda hərbçi minaya düşdü - YENİLƏNİB + VİDEO
vaxt Tarix: 14:54:07
baxis Baxış: 1

Statistika

Bazada 51509 Xəbər var
24 saat ərzində 103 xəbər əlavə edilib
News Sitemap
Dostlarınla Paylaş

Saytda 189 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022