Rusiya 25 mindən çox əsgərini cənuba çəkdi | Tatli.Biz
Rusiya 25 mindən çox əsgərini cənuba çəkdi
Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Rusiya 25 mindən çox əsgərini cənuba çəkdi


Rusiya Ukraynanın cənubuna 25 mindən çox qoşun cəmləşdirib. Onlardan 10 mini Dnepr çayının qərb sahilindədir.
Bu barədə "Tayms" nəşri Ukrayna kəşfiyyatına istinadla məlumat yayıb.
Bildirilir ki, Ukrayna Kremli cənub tərəfə üz tutmağa məcbur edib. Bundan sonra cənuba Donbas və Krımdan hər biri 500-800 nəfər olmaqla 9 qrup gətirilib.
Zelenskinin hərbi müşaviri Aleksey Arestoviç deyib ki, Donbasdan göndərilən insanların əsas hissəsini Rusiya hava-desant qoşunları təşkil edir:
"Onların Nikolayev şəhərini şimal-qərbdən mühasirəyə almaq üçün hücum planlaşdırdıqlarına dair əlamətlər var. Bundan əlavə, onlar cənubda 30-a yaxın zirehli texnika toplayıb".
Nəşr bu manevrin səbəbinin HİMARS-ı Xerson körpülərindən kənara çıxarmaq məqsədi daşıdığını qeyd edib.
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 5 | vaxt Tarix: 06.08.2022 23:36

Saytda 121 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022