Saakaşvili zəhərlənib | Tatli.Biz
Saakaşvili zəhərlənib

Saakaşvili zəhərlənib


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili zəhərlənib.
Bununla bağlı aparılan ekspertiza nəticələrindən belə bir qənaət hasil olunub.
Bu barədə ekspertizanı aparan "Empathy" ictimai təşkilatının rəhbəri Mariam Cişkariani məlumat verib.
Onun sözlərinə görə, tibbi rəy 188 səhifədən ibarətdir, həmçinin 3 000 səhifəlik sənədləşmə də tədqiq edilib, ABŞ-dən Saakaşvilinin saçının ekspertiza nəticələri gəlib.
"Tədqiq edilmiş bütün sənədlərə əsasən bu qənaətə gələ bilərik ki, onun səhhətinin pisləşməsinə səbəb böyük ehtimalla zəhərlənmədir", - deyə Mariam Cişkariani qeyd edib.
Araşdırmaya əsasən, eks-prezidentin orqanizmində civənin səviyyəsi icazə verilən norma həddini 42 faiz nisbətində keçib. Həmçinin digər metallarla intoksikasiya da aşkarlanıb.
Cişkarani qeyd edib ki, Saakaşvili müalicə üçün xaricə buraxılmalıdır, bu, onun həyatını xilas etməyə yardımçı ola bilər./Tatli.Biz
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 4 | vaxt Tarix: 25.11.2022 15:54

Saytda 204 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022