ŞOK! Meymunçiçəyinə yoluxan kişinin burnu çürüməyə başladı – FOTO | Tatli.Biz
ŞOK! Meymunçiçəyinə yoluxan kişinin burnu çürüməyə başladı – FOTO

ŞOK! Meymunçiçəyinə yoluxan kişinin burnu çürüməyə başladı – FOTO


Almaniyada yaşayan və adı açıqlanmayan 40 yaşlı kişinin meymunçiçəyinə yoluxduqdan sonra burnu çürüməyə başlayıb.
Tatli.Biz xarici mətbuata istinadən xəbər verir ki, HİV və sifilis diaqnozu qoyulan adamın meymunçiçəyi xəstəliyinə tutulduqdan sonra vəziyyətinin pisləşdiyi bildirilib. Alman və İngiltərə mətbuatında çıxan xəbərlərdə 40 yaşlı kişinin burnunda qırmızı ləkələr əmələ gəldiyi, 3 gün sonra isə burnunun rənginin qaraldığı bildirilib.
Bədəninin digər nahiyələrində də səpgiləri olan adam burnundakı yaranın ağrı verdiyini dilə gətirib. Təcili xəstəxanaya yerləşdirən xəstənin vəziyyəti tədricən yaxşılaşmağa başlayıb.
Alman həkimlər qeyd edib ki, HİV-ə yoluxması və bədənində oxşar xəstəliklər olması səbəbindən immun sistemi pisləşib. Ona görə də xəstəlik çox şiddətli və ağır gedir. Səlahiyyətlilər həmçinin bildiriblər ki, kişinin qanında ağ qan hüceyrələrinin səviyyəsi çox aşağı olub və toxumalar ölməyə başlayıb.
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 26 | vaxt Tarix: 20.08.2022 00:36

Saytda 125 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022