Tanınmış aktrisa qəzaya düşdü, evi və maşını yandı | Tatli.Biz
Tanınmış aktrisa qəzaya düşdü, evi və maşını yandı
Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Tanınmış aktrisa qəzaya düşdü, evi və maşını yandı


53 yaşlı aktrisa Enn Heç Los-Ancelesin Mar Vista məhəlləsindən keçərkən idarəetməni itirərək yaşayış binasının qarajına çırpılıb.
Tatli.Biz axşam.az-a istinadən bildirir ki, yerli sakinlər ona kömək etməyə çalışıb və maşından düşməsini istəyiblər. Aktrisa isə buna məhəl qoymaraq maşını idarə etməyə davam edib. Bu dəfə isə o, yoldan çıxaraq yaxınlıqdakı evə çırpılıb.
Onun maşını sürətlə sürdüyü isə kamerala düşüb. Hətta Ennin spirtli içkidən istifadə etdiyi bildirilib. Dəhşətli qəza həm avtomobilin, həm də binanın alışmasına səbəb olub. 59 nəfərlik yanğınsöndürmə briqadasına yanğını söndürmək və Heçini avtomobildən çıxarmaq üçün bir saatdan çox vaxt lazım olub. Hazırda ağır yanıq xəsarətləri alan aktrisa ağır vəziyyətdə reanimasiyadadır.
Xatırladaq ki, Annın şöhrətinin zirvəsi 1990-cı illərin sonlarına təsadüf edir. O, "Vulkan", "Donni Brasko", "Keçən yay nə etdiyini bilirəm", "Vaq" və "Altı gün, yeddi" kimi ekran işlərində yer alıb.

Foto
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 4 | vaxt Tarix: 06.08.2022 21:54

Saytda 127 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022