Uzunömürlü sevgi münasibəti üçün ideal yaş fərqi AÇIQLANDI

Uzunömürlü sevgi münasibəti üçün ideal yaş fərqi AÇIQLANDI


Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Uzunömürlü sevgi münasibəti üçün ideal yaş fərqi AÇIQLANDI


"Sevginin gözü kordur", - deyirlər. Araşdırmalar isə göstərir ki, münasibətlərdə yaş fərqi böyük rol oynayır. Belə olan halda "Yaş sadəcə bir rəqəmdir", - kimi sözlər də kifayətsiz qalır.
Sən demə münasibətin uzunömürlülüyü baxımından qarşı tərəflə yaş fərqinə diqqət etmək lazımdır.
BAKU.WS sevgi münasibətlərində ideal yaş fərqini sizlərə təqdim edir.
"The İndependent"in verdiyi xəbərə görə, 3000 nəfərin iştirak etdiyi araşdırmada 5 yaş fərqi olan cütlüklərin eyni yaşdakı cütlüklərə nisbətən boşanma ehtimalının yüzdə 18 daha çox olduğu ortaya çıxıb.
Maraqlıdır ki, 10 yaş fərqi olan cütlüklərdə bu nisbət yüzdə 39, 20 yaş fərqi olanlarda isə yüzdə 95-ə yüksəlib.
Məşhur inancın əksinə olaraq, tədqiqatçılar hesab edirlər ki, həyat yoldaşları arasında yalnız bir yaş fərqi ideal vəziyyətdir, çünki burada ayrılma ehtimalı yalnız 3 faizdir.
Araşdırmanı aparan tədqiqatçılardan biri Hugo Mialon, "Bu xüsusiyyətlərə malik olan cütlüklərin başqa səbəblərdən boşanma ehtimalı orta hesabla daha çox ola bilər", - sözlərini işlədib.

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 20 | vaxt Tarix: 26.05.2023 10:09

Statistika

Cəmi 85473 xəbər var
24 saat ərzində 98 xəbər əlavə edilib
Dostlarınla Paylaş

Saytda 22 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023