Vətən müharibəsinin yeganə qadın şəhidinin şəhadətə ucalmasından bir il ötür

Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Vətən müharibəsinin yeganə qadın şəhidinin şəhadətə ucalmasından bir il ötür


Bu gün 44 günlük Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın şəhadətə ucalmasından 1 il ötür.
Tatli.Biz xəbər verir ki, Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub.
Arəstənin atası - baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.
Şəhidimiz 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsilini davam etdirib.
2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.
Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, o, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Arəstə Baxışova ölümündən sonra 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan "Florence Nightingale" medalı ilə təltif edilib.
Arəstənin 12 yaşında Mərdan adlı oğlu və 11 yaşında Zəhra adında qızı Vətənə yadigar qalıb. Tatli.Biz Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 15   Tarix: 23 oktyabr 2021   Şikayətiniz varsa Whatsapp: 055 3906818Facebookda Paylaş
Foto

Foto
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 27 | vaxt Tarix: 23.10.2021 16:45

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Hamilelik ve analıq, Hamiləliyə hazırlıq, Hamiləlik təqvimi, Doğum hekayələri, Doğumdan sonra, Korpə və ona qulluq, Uşaqlar və tərbiyə, Valideynlərə məsləhət, Ana və uşağın ev məktəbi, Metbex, Salatlar və qəlyanaltılar, Duru yeməklər, Quru yeməklər, Duzlu xəmir işləri, Şirin xəmir işləri, Tortlar, Pecenyelər, Kompot, kokteyl, dondurma, Konservləşdirilmiş məhsullar, Uşaq yeməkləri, Şef master, Muxtəlif, Heyat terzi, Səyahət, Hobbi, Evim - İnteryer, Edəbi guşə, Adət-ənənələr, Praktiki məsləhətlər, Mutləq bilməlisiniz, Avtomobil, Yuxuyozmalar, Ordan-burdan, Muxtəlif

Saytda 197 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021