Gözəl ailəsi olanlar həm də gözəl təşkiatçı olurlar

Gözəl ailəsi olanlar həm də gözəl təşkiatçı olurlar


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Gözəl ailəsi olanlar həm də gözəl təşkiatçı olurlar

Gözəl ailəsi olanlar həm də gözəl təşkiatçı olurlar
Bəzən deyirlər ki, bir insan ailəsini idarə edə bilmirsə, ondan böyük qurumlara rəhbər də çıxmaz. Amma əksini gördüyünüz vaxt da olub. Hesab edirəm ki, kimsə yüksək çinli məmur olmaq üçün üçün ailə qurmur. Ailənin elə müdrik ailə başçıları ola bilər ki, idarəçilik strukturlarında işləmək üçün heç təhsili olmasın, vəzifə pillələri ilə yüksəmək, sözsüz ki, ona qismət olmayacaq. Ola bilər ki, lap təhsili olsun, fəqət, heç onun ağlına belə gəlmir ki, nə vaxtsa müəyyən quruma rəhbərlik edəcək və ya özü buna can atsın.
Amma yüksək vəzifədə işləyib ailəsi uğurlu olmayanlar da az deyil.
Görünür, bu ifadənin dərin mənası bir az daha dərindədir. Yəni adi həyat axarında həmin məna o qədər də boyaboy yerinə düşmür.formada daha məzmunlu ifdə etmək olardı.

Danışıq dilində kəlama çevrilən bu fikrin daşıdığı hikmət budur ki, ailəsini səmilmilik içərisində, firavanlıqla dolandıra bilməyən kimsə, sadəcə, mövcuddur. Ailəsini idarə edə bilmirsə, beləsinə cəmiyyətdə heç ehtiyac olmaz: adı halda həyatını başa vuracaq belə adam.Amma nümunəvi ailəsi oln, gözəl balalar böyüdüb tərbiyə dən ata-ana bütün bunlar üçün cəmiyyətlə, ayrı-ayrı təşkilat və şəxslərlə müəyyən münasibətlərdə olur (bağça, məktəb, ali məktəb, əsgərlik, müəssisə və s): qarşılıqlı münasiətlərdə bu cür intellektullı şəxslər daha kamilləşir, idari və şəxsi keyfiyyətlər qaznır, ünsiyyət qurma məharətinə yiyələnir və s. Təbii ki, bunun ilkin addımları ailədən başlanır.

Sirr deyil ki, ailə münasibətlərdə ailədə valideynlərin yeri(üstünlüyü məsələsi) bir problem olaraq hər zaman olmuş və bu gün də davam etməkdədir.
Müasir dünyada demokratiya, gender prinsipləri, demokratiya uğrunda nə qədər səylər edilsə də, Azərbaycan mühitində ər-ata hər zaman daha üstün mövqeyə malik olmuş, bu gün də belədir, cabah da belə olacaq, inşallah. Bu, qadının rolunu kiçiltmək demək deyil. Ailədə qadının əli olmadan heç bir kişi heç bir uğur əldə edə bilməz… "Qadın kişini vəzir də edər, rəzil də" ata sözü zaman-zaman müşahidələrin nəticəsi kimi meydana çıxmışdır. Arzu edərdim ki, qadınlar özləri bərabərlik iddiasında olmasınlar. Kişilərin etalonunda Qadın Günəş kimi qəbul edilirsə, kifayət deyilmi, gərək bərabərliyin təzahürlərini qadın cəmiyyətdə nümayiş etdirsin? Qadınlar burada uduzur. Kişilər humanist bir zümrədir, silahlanmayacaq, beynəlxalq məhkəmələr tələb etməyəcək. Sadəcə, çəkiləcək özünə. Etməyin belə.

Dostlarınla Paylaş

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024