UEFA Çempionlar Liqası 2021/2022 – UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 67-ci mövsümü və turnirin adı "Çempion Klublar Kuboku"ndan "UEFA Çempionlar Liqası"na dəyişdirilməsindən sonra 30-cu mövsümüdür.
Final matçı Sankt-Peterburq şəhərində yerləşən "Yeni Zenit Stadionu"nda (digər adı ilə desək "Krestovski") keçirilməsi planlaşdırılsa da,[1] Rusiyanın Ukraynanı işğal etməsi səbəbindən məkan Fransaya – Paris şəhərindəki "Stad de Frans"a dəyişdirildi.[2]
1998–99 mövsümündən sonra ilk dəfədir ki, məhz bu mövsümdə UEFA klublar üçün 3 müsabiqə təşkil edir. Belə ki, bu mövsümdən UEFA Konfrans Liqası da keçiriləcək. Çempionlar Liqasının formatında hər-hansı bir dəyişiklik baş verməyib. Keçən mövsümlə aradakı tək fərq, bu turnirin ilkin mərhələ və birinci təsnifat mərhələsində mübarizəni dayandıran klublar öz yollarına Avropa Liqasında yox, Konfrans Liqasında davam edəcəklər.[3]
24 iyun 2021-ci ildə UEFA klub müsabiqələrinə şamil olunan qaydalarda çox ciddi bəzi dəyişikliklərə getdi. Belə ki, artıq səfərdə vurulan qolun xüsusi bir üstünlüyü olmayacaq.[4] Əgər cütün hər iki komandası iki oyunun sonunda eyni sayda qol vurarsa, səfərdə vurulan qola əhəmiyyət verilməyəcək, və oyun əlavə vaxta gedəcək. Qeyd etmək lazımdır ki, səfər qolu qaydası 1965-ci ildən istifadə olunurdu.
Qatılacaq klubların müəyyənləşməsi
redaktə
2021–22 UEFA Çempionlar Liqasında UEFA-ya üzv olan 54 ölkə federasiyasından 80 komanda mübarizə aparır. (Lixtenşteyn Futbol Federasiyasının yerli futbol liqası olmadığı üçün bu turnirə qatıla bilməyəcək.) Ölkələrin sırası UEFA Ölkə Reytinqinə əsasən müəyyən edilir. Reytinqə əsasən:
- 1-dən 4-cü sıraya qədər olan ölkələrdən dörd klub.
- 5 və 6-cı sıralarda yer alan ölkələrdən üç klub.
- 7-dən 15-ci sıraya qədər olan ölkələrdən iki klub.
- 16-dan 55-ci sıraya qədər ölkələrdən bir klub (Lixtenşteyn xaric).
- Öz liqalarında ÇL-də oynamağa haqq qazanmadılarsa, ötən mövsümün UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası çempionu.
Ölkə sıralaması
redaktə
Ölkələrin toplam xalları 2015–16-cı il mövsümündən 2019–20-ci il mövsümünə qədər klub müsabiqələrində mübarizə aparmış ölkə komandalarının toplam xallarıdır.[5]
• (UAL) - UEFA Avropa Liqası çempionunun aid olduğu assosiasiya
2021–22 UEFA Çempionlar Liqası üçün assosiasiyaların reytinqi
|
|
|
Qeyd
- ^
Lixtenşteyn (LIE): Lixtenşteyn Futbol Assosiasiyasına bağlı yeddi komandanın hamısı İsveçrə futbol liqası sistemində oynayır. Assosiasiya tərəfindən təşkil olunan yeganə turnir
Lixtenşteyn Futbol Kubokudur. – Bu kubokun qalibi də
UEFA Konfrans Liqasında oynayır.
Klubların bölgüsü
redaktə
Aşağıdakı cədvələ əsasən klublar mübarizəyə qoşulurlar.[6]
|
Bu turda mübarizəyə başlayacaq klubların sayı
|
Bir öncəki turdan gələn klubların sayı
|
İlkin mərhələ (4 komanda tək matçlı 2 yarı final və 1 final oynayır)
|
- 52–55-ci sıralarda yerləşən 4 ölkənin çempionu
|
|
Birinci təsnifat mərhələsi (32 klub)
|
- 20–51-ci sıralarda yerləşən 31 ölkənin çempionu (Lixtenşteyn xaric)
|
- İlkin mərhələdən gələn 1 klub
|
İkinci təsnifat mərhələsi (26 klub)
|
Çempionlar (20 klub)
|
- 16–19-cu sıralarda yerləşən 4 ölkənin çempionu
|
- Birinci təsnifat mərhələsindən gələn 16 klub
|
Çempion olmayan (6 klub)
|
- 10–15-ci sıralarda yerləşən 6 ölkənin ikincisi
|
|
Üçüncü təsnifat mərhələsi (20 klub)
|
Çempionlar (12 klub)
|
- 14 və 15-ci ölkənin 2 çempionu
|
- İkinci təsnifat mərhələsindən gələn 10 klub
|
Çempion olmayan (8 klub)
|
- 7–9-cu sıralarda yerləşən 3 ölkənin ikincisi
- 5 və 6-cı sıralarda yerləşən 2 ölkənin üçüncüsü
|
- İkinci təsnifat mərhələsindən gələn 3 komanda
|
Play-off turu (12 klub)
|
Çempionlar (8 klub)
|
- 12 və 13-cü sıralarda yerləşən 2 ölkənin çempionu
|
- Üçüncü təsnifat mərhələsindən gələn 6 çempion komanda
|
Çempion olmayan (4 klub)
|
|
- Üçüncü təsnifat mərhələsindən gələn 4 çempion olmayan komanda
|
Qrup mərhələsi (32 klub)
|
- Ötən mövsümün avroliqa çempionu - "Vilyareal"
- 1–11-ci sıralarda yerləşən 11 ölkənin çempionu
- 1–6-cı sıralarda yerləşən 6 ölkənin ikincisi
- 1–4-cü sıralarda yerləşən 4 ölkənin üçüncüsü
- 1–4-cü sıralarda yerləşən 4 ölkənin dördüncüsü
|
- Play-off turundan gələn 4 çempion komanda
- Play-off turundan gələn 2 çempion olmayan komanda
|
1/8 Final (16 klub)
|
|
- Qruplarında birinci yeri tutan 8 klub
- Qruplarında ikinci yeri tutan 8 klub
|
Notes
- ^
2020–21 mövsümü Malta çempionatı COVID-19 səbəbindən təxirə salınmışdı. Həmin vaxt lider "
Hamrun Spartans" klubu idi və həmin sezonun çempionu da bu klub oldu. lakin sonradan bu klubun 2013-cü ildə oyun alveri etdiyi ortaya çıxdığı üçün kluba Avropa yarışlarında iştirak etmək qadağan edildi. Nəticədə, Hamrun şəhərinin komandası yerinə "
Hibernians" Çempionlar Liqasında oynamaq haqqı əldə etdi.
[7][8][9]
Turnirin təqvimi
redaktə
Oyunların tarixləri aşağıdakı kimidir.[10] Qrup mərhələsi istisna olmaqla bütün turların püşkü İsveçrənin Nyon şəhərində, UEFA-nın qərargahında atılacaq. Qrup mərhələsinin taleyinə isə İstanbulda aydınlıq gələcək.[11]
2021–22 UEFA Çempionlar Liqasının təqvimi
Mərhələ
|
Tur
|
Püşk tarixi
|
Birinci oyun
|
İkinci oyun
|
Təsnifat mərhələləri
|
İlkin mərhələ
|
8 iyun 2021
|
22 iyun 2021 (yarı final turu)
|
25 iyun 2021 (final matçı)
|
Birinci təsnifat mərhələsi
|
15 iyun 2021
|
6–7 iyul 2021
|
13–14 iyul 2021
|
İkinci təsnifat mərhələsi
|
16 iyun 2021
|
20–21 iyul 2021
|
27–28 iyul 2021
|
Üçüncü təsnifat mərhələsi
|
19 iyul 2021
|
3–4 avqust 2021
|
10 avqust 2021
|
Play-off
|
Play-off turu
|
2 avqust 2021
|
17–18 avqust 2021
|
24–25 avqust 2021
|
Qrup mərhələsi
|
1. oyunlar
|
26 avqust 2021 (İstanbul)
|
14–15 sentyabr 2021
|
2. oyunlar
|
28–29 sentyabr 2021
|
3. oyunlar
|
19–20 oktyabr 2021
|
4. oyunlar
|
2–3 noyabr 2021
|
5. oyunlar
|
23–24 noyabr 2021
|
6. oyunlar
|
7–8 dekabr 2021
|
Finala doğru gedilən mərhələlər
|
1/8 Final
|
13 dekabr 2021
|
15–16 & 22–23 fevral 2022
|
8–9 & 15–16 mart 2022
|
1/4 Final
|
18 mart 2022
|
5–6 aprel 2022
|
12–13 aprel 2022
|
Yarı Finallar
|
26–27 aprel 2022
|
3–4 may 2022
|
Final
|
28 may 2022, Stad de Frans, Paris
|
Bu mərhələnin püşkü 8 iyun 2021-ci ildə atıldı.[12] Yarı final matçları 22 iyunda, final isə 25 iyunda oynandı. Oyunlar Farer adalarının Torshavn şəhərində yerləşən Qundadalur stadionunda oynanmalı idi,[13] lakin həmin vaxt Farer adalarında pandemiya nisbətən kəskin xarakter aldığından, bundan əlavə hökümətin bunun qarşısını almaq üçün keçirdiyi məhdudiyyətlər səbəbindən UEFA oyunların Albaniyada keçirilməsini məqsədəuyğun gördü.[14]
Bu mərhələnin qalibi olan "Priştina" klubu birinci təsnifat mərhələsinə vəsiqə qazandı. Bu turda məğlub olan klublar isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində mübarizəni davam etdirəcək.
Təsnifat mərhələləri
redaktə
Birinci təsnifat mərhələsi
redaktə
Birinci təsnifat mərhələsinin püşkü 15 iyun 2021-ci ildə atıldı.[15] İlk oyunlar 6 və 7 iyulda, ikinci oyunlar isə 13 və 14 iyulda oynandı. Bu mərhələdə mübarizəni dayandıran klublar Konfrans Liqasının ikinci təsnifat mərhələsində yollarına davam edəcəklər. ("Slovan Bratislava" - "Şemrok Rovers" cütü istisna olmaqla. Əlavə xüsusi püşkün nəticəsində məlum oldu ki, bu cütün məğlub tərəfi Konfrans liqasının üçüncü təsnifat mərhələsində mübarizəni davam etdirəcək)
İkinci təsnifat mərhələsi
redaktə
İkinci təsnifat mərhələsinin püşkü 16 iyunda atıldı.[16] İlk matçlar 20 və 21 iyulda, ikinci matçlar isə 27 və 28 iyulda oynandı. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın üçüncü təsnifat mərhələsində yollarına davam etdilər.
Üçüncü təsnifat mərhələsi
redaktə
Üçüncü təsnifat mərhələsinin püşkü 19 iyul 2021-ci ildə atıldı.[17] İlk matçlar 3 və 4 avqustda, ikinci matçlar isə 10 avqustda oynandı. Bu mərhələdə mübarizəni dayandıran çempion klublar Avroliqanın play-off turunda, çempion olmayan klublar isə qrup mərhələsində iştirak etmək hüququnu əldə edəcəklər.
Play-off turunda da bundan öncəki iki təsnifat mərhələsində olduğu kimi komandalar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələdən etibarən artıq turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə olunur.
Play-off turunun püşkü 2 avqust 2021-ci ildə atıldı.[18] İlk matçlar 17-18, ikinci matçlar isə 24-25 avqustda oynanacaq. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın qrup mərhələsində iştirak hüququ əldə edəcəklər.
Klubların sinifləndirilməsi
redaktə
Çempionlar
|
Qeyri-çempionlar
|
Səpələnmişlər
|
Səpələnməmişlər
|
Səpələnmişlər
|
Səpələnməmişlər
|
|
|
|
|
Qrup mərhələsi
redaktə
2021–22 UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən komandaların xəritədə yerləri
Qəhvəyi: A qrupu;
Qırmızı: B qrupu;
Narıncı: C qrupu;
Sarı: D qrupu;
Yaşıl: E qrupu;
Mavi: F qrupu;
Bənövşəyi: G qrupu;
Çəhrayı: H qrupu.
Qrup mərhələsinin püşkü 26 avqust 2021-ci ildə, İstanbulda atıldı. (Digər iki UEFA klub turnirinin də püşkatma mərasimi İstanbulda keçiriləcək) Püşkə əsasən 32 klub hərəsində dördü olmaqla səkkiz qrupa ayrılır. (Eyni ölkədən klubların düşməməsi və Rusiya və Ukrayna komandalarının bir düşməməsi şərti ilə) Püşkatma üçün klublar aşağıdakı kriteriyalara əsasən dörd səbətdə olurlar:
- 1-ci səbətdə ötən mövsümün Çempionlar Liqası, Avropa Liqası qalibləri və 2020-ci ilin Ölkə Reytinqinə əsasən ilk 6 federasiyanın çempionları iştirak edir. (Əgər ötən mövsümün Çempionlar Liqası və yaxud Avropa Liqası qalibi həm də öz liqasında çempion olubsa, o zaman bu torbada 7-ci sırada olan federasiyanın da çempionu iştirak edir.)
- 2, 3 və 4-cü səbətlərdə klublar 2021-ci il UEFA Klub Reytinqinə görə düzülürlər.
Hər qrupda komandalar dairəvi sistem üzrə bir-biriləriylə həm evdə həm də səfərdə matçlar keçirirlər. Qrup oyunlarının sonunda 1 və 2-ci yeri tutmuş komandalar növbəti mərhələyə yüksəlir. Qrupunu üçüncü yerdə başa vuran klublar isə Avroliqanın 1-ci 1/8 Final mərhələsində oynama hüququ qazanır.
Çempionlar Liqasına qatılan komandalar avtomatik olaraq UEFA Gənclər Liqasına da qatılır.
Matçlar 2021-ci ilin 14–15 sentyabr, 28–29 sentyabr, 19–20 oktyabr, 2–3 noyabr, 23–24 noyabr və 7–8 dekabr tarixlərində oynanacaq.
26 klub mübarizəyə elə bu mərhələdən başlayır. "Şerif Tiraspol" ilk dəfədir ki, bu mötəbər turnirin qrup mərhələsində iştirak edir. Bununla yanaşı, ilk dəfədir ki, bir Moldova klubu Çempionlar Liqasının qrup mərhələsində iştirak şansı əldə edir.
Rəng
|
UEFA Çempionlar Liqasında növbəti mərhələyə yüksələnlər
|
2021–22 UEFA Avropa Liqasında 1-ci 1/8 Finalda mübarizələrini davam etdirənlər
|
Mübarizəni dayandıranlar
|
Qeydlər:
- 1, 2^ Qarşı-qarşıya matçlarda topların fərqi: Sportinq Lissabon +1, Borussiya Dortmund –1.
#
|
Klub
|
O
|
Q
|
H
|
M
|
V.Q
|
B.Q
|
±
|
Xal
|
1
|
Yuventus
|
6
|
5
|
0
|
1
|
10
|
6
|
+4
|
15
|
2
|
Çelsi
|
6
|
4
|
1
|
1
|
13
|
4
|
+9
|
13
|
3
|
Zenit
|
6
|
1
|
2
|
3
|
10
|
10
|
0
|
5
|
4
|
Malmö
|
6
|
0
|
1
|
5
|
1
|
14
|
–13
|
1
|
|
|
|
|
|
|
|
Finala doğru gedilən mərhələlər
redaktə
1/8 Final mərhələsindən etibarən komandalar iki matçlı klassifikasiya sistemi ilə mübarizə aparırlar.
Püşkün mexanizması aşağıdakı kimidir:
- 1/8 Finalda qrupunu birinci bitirən səpələnmişlərlə qrupunu ikinci bitirən səpələnməmişlər bir-birləriylə cütləşir. Turun ikinci matçına səpələnmişlər ev sahibliyi edir. Eyni ölkədən komandalar bu mərhələdə qarşılaşa bilməz.
- 1/4 Final mərhələsindən etibarən artıq klublar səpələnmiş və ya səpələnməmişlər olaraq bölünməyəcək, həm də eyni ölkədən komandalar artıq bir-biriləri ilə üzləşə bilər.
Rəng
|
Səpələnmiş klublar
|
Səpələnməmiş klublar
|
1/8 Final mərhələsinin püşkatma mərasimi 13 dekabr 2021-ci ildə atıldı. Mərasim bitdikdən sonra püşkatma zamanı bəzi texniki səhvliklərin olduğu üzə çıxdı. Belə ki, "Vilyareal"ın potensial rəqibləri arasında "Mançester Yunayted"in də adı daxil edilibmiş. (əslində bu baş verməməli idi, çünki iki komanda da eyni qrupdan çıxmışdılar)[19] Buna görə, mərasim bitdikdən təxminən 2 saat sonra yenidən püşklər atıldı.[20]
İlk matçlar 15, 16, 22 və 23 fevral, ikinci matçlar isə 8, 9, 15 və 16 mart 2022-ci il tarixlərində oynandı.
1/4 Final mərhələsinin püşkü 18 mart 2022-ci ildə atıldı.[21] İlk matçlar 5 və 6 aprel, ikinci matçlar isə 12 və 13 apreldə oynandı.
Yarı finalın müqəddəratı da öncəki mərhələdə olduğu kimi 18 mart 2022-ci ildə müəyyənləşdi.[21] İlk matçlar 26-27 aprel, ikinci matçlar isə 3 və 4 mayda oynandı.
- ↑ Final matçının Azərbaycan saatı ilə 23:00-da başlanması planlaşdırılırdı, lakin azarkeşlərin stadiona daxil olarkən təhlükəsizlik məsələləri ilə bağlı start fiti 36 dəq. gec çalındı.