İmamqulubəyli (Bərdə)
İmamqulubəyli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Yeni Daşkənd kənd Sovetinin İmamqulubəyli kəndi Zümürxaç kənd Sovetinin tərkibinə verilmişdir.[1]
İmamqulubəyli | |
---|---|
40°23′ şm. e. 47°05′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 102 ± 1 m |
Saat qurşağı | |
Coğrafiyası və iqlimi redaktə
Kənd Qarabağ düzündə yerləşir.
Toponimikası redaktə
XIX əsrin əvvəllərində 104 ailədən ibarət olan qaradolaq tayfasına mənsub ailələr indiki Ağdam rayonu ərazisində məskunlaşmışdı. Çar hökuməti həmin ailələrin idarəsini 5 il ərzində İmamqulu bəyə vermişdi. Bundan sonra İmamqulubəyli adlanan həmin qaradolaq ailələri sonralar müxtəlif yerlərdə məskunlaşaraq bir neçə eyniadlı kənd yaratmışdılar.[2]
İstinadlar redaktə
- ↑ "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 August 2022.
- ↑ İmamqulubəyli (Bərdə) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax redaktə
Bərdə rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |