Gəray Məmmədov
Məmmədov Gəray Azad oğlu — Qarabağ müharibəsi şəhidi, "İgidliyə görə" medalı ilə təltif edilib (2010).
Gəray Məmmədov | |
---|---|
Gəray Azad oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Güləbird, Laçın rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Xanlıq, Qubadlı rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Sumqayıt şəhəri Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Azad Məmmədov |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Həyatı redaktə
Gəray Məmmədov 7 mart 1969-cu ildə Laçın rayonunun Güləbird kəndində dünyaya gəlmişdir. Güləbird kənd orta məktəbini bitirəndən sonra 1987–1989-cu illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndi Güləbirdə qayıtmış, elə həmin il Laçın Rayon Daxili İşlər Şöbəsində polis sıralarına daxil olmuşdur. Şəhid olduğu günə qədər torpaqların müdafiəsi uğurunda ağır döyüşlərdə iştirak etmişdir. Bu illərdə düşmənin onlarla canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarmışdır. Güləbird, Cicimli, Qazıdərəsi, Səfiyan, Fərəcan uğrunda gedən döyüşlərə qatılmışdır. 27 avqust 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi yaxınlığında gedən döyüşlərin birində düşmən gülləsinə tuş gəlmiş və şəhid olmuşdur. Subay idi. Məzarı Sumqayıt şəhər Şəhidlər xiyabanındadır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 iyul 2010-cu il sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Məmmədov Gəray Azad oğlu "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 1997-ci ildən Güləbird kənd kitabxanası onun adını daşıyır.
Mənbə redaktə
- "Laçın yurdu" jurnalı, № 2(9), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2013, ("Şəhidlərimiz, and yerimiz" adlı xüsusi buraxılış))
- http://sumqayitxeber.com/2010/08/silaha-sarilan-omur/ Arxivləşdirilib 2013-04-26 at the Wayback Machine
- "Silaha sarılan ömür" sənədli filmi (Gəray Məmmədovun 50 illik yubileyinə həsr olunub): https://www.youtube.com/watch?v=me6FiNBnbOc