Kərəm Mustafayev
Kərəm Nəriman oğlu Mustafayev (1 iyul 1962, Noraşen rayonu) — Azərbaycan hərbi xadimi, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki (2020), Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordu komandanı (2014-cü ildən).
Kərəm Mustafayev | |
---|---|
Vəzifədədir | |
14 may 2014-cü ildən | |
Nazir | Zakir Həsənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1962 (61 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | hərbi qulluqçu |
Hərbi xidmət | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Əlahiddə Ümumqoşun Ordusu |
Döyüşlər | |
Rütbəsi |
General-polkovnik |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı redaktə
Kərəm Mustafayev 1 iyul 1962-ci ildə hazırkı Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.
1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.
1983–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri və tabor komandiri vəzifələrində xidmət edib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri, əlahiddə gücləndirilmiş motoatıcı briqadanın qərargah rəisi — briqada komandirinin müavini, sonra briqadanın komandiri, motoatıcı diviziya komandiri, ordu korpusunun komandiri vəzifələrində xidmət edib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
14 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordu komandanı vəzifəsinə təyin olunub.
Ailəlidir. 1 oğlu, 2 qızı var.
Təltif və mükafatları redaktə
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin:
- 24.06.2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni,
- 22.06.2006-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı,
- 25.06.2009-cu il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı,
- 25.06.2011-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,
- 24.06.2014-cü il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni,
- 25.06.2018-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Rəşadət" ordeni[1] ilə təltif olunub.
Həmçinin bax redaktə
İstinadlar redaktə
- ↑ President.az. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 25 iyun 2018. 2020-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2018.