Vikipediya:Addəyişmə müraciətləri Haqqinda Melumat - Vikipedia

Vikipediya:Addəyişmə müraciətləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Addəyişmə müraciətləri

Addəyişmə müraciətləri
Qısa keçid-yönləndirmə
  • VP:ADM

Bu səhifə vasitəsilə faylsəhifə adlarının dəyişdirilməsi ilə bağlı müraciət edə bilərsiniz.

Fayl yükləmə müraciətləri üçün Vikipediya:Yükləmə müraciətləri səhifəsinə baş çəkə bilərsiniz.

Səhifə adlarının dəyişdirilməsi ilə bağlı ətraflı məlumat üçün Vikipediya:Səhifənin adını dəyişdirmək səhifəsinə göz gəzdirə bilərsiniz.

İstifadəçi adınızı dəyişdirmək istəyirsinizsə, Vikipediya:İstifadəçi adı dəyişdirmək səhifəsinə baş çəkin.

Səhifənin adlandırılması ilə bağlı mübahisə yarandığı hallarda müvafiq müzakirə səhifəsində vəziyyət həll edilməli və qərardan sonra sorğu bu səhifəyə əlavə edilməlidir.

Müraciətinizi təqdim etməzdən öncə Vikipediya:Məqalə adları qaydalarını oxumanız tövsiyə olunur.

Yekunlaşdırılmış müraciətləri arxiv səhifəsində tapa bilərsiniz.


  • Hazırkı ad: Füzuli–Şuşa avtomobil yolu
  • Yeni ad: Zəfər yolu (Azərbaycan)
  • Səbəb: Füzulidən Şuşaya hal hazırda uşlək olan Zəfər yolu var. Həmçinin Əhmədbəyli-Füzuli-Şuşa yolu da tikilir və bu yol Zəfər yolundan qısadır. Əlavə olaraq, mən biləni hələ münaqişədən əvvəlki illərdə Füzuli istiqamətindən Qırmızı Bazar yolu ilə də Şuşaya düşmək üçün yol çəkilmişdi. Fikrimcə, seçim etməliyik: 1. Ya bu məqalənin adı "Zəfər yolu" olmalı, Əhmədvəyli-Füzuli-Şuşa sürətli yol üçün isə yeni məqalə yazılmalıdır. 2. Və ya məqalənin adı Füzuli–Şuşa avtomobil yolu qalmalı, məqalədə də Zəfər yolu və sürətli yol üçün (Qırmızı Bazar yolunu da fikirləşmək olar) bölmələr yaratmaq olar, Zəfər yolunun və sürətli yolun adlarını da həmin bölmələrə istiqamətləndirmək olar. Zohrab javad (müzakirə) 16:46, 10 may 2024 (UTC)[cavabla]
  • Şərhlər:
  • Qərar:
Biologiyadan gələn bütövbaşkimilər və bütövyarpaq kimi sözlər dilimizdə var. Hesab edirəm ki, eyni prinsipə görə bütöv- sözünü burda da prefiks şəkildə işlətmək olar. — Мурад 97 (müzakirə) 18:12, 10 may 2024 (UTC)[cavabla]
Ümumiyyətlə götürəndə elə "ümumslavyan" doğru tərcümədir. Ruslardakı "все" morfemi bizim dilə birbaşa "bütov" kimi tərcümə olunmur. Bu, kalka tərcümədir. Biz "ümum" yazırıq. Məsələn, Всероссийский съезд мусульман-Ümum-Rusiya Müsəlmanları Qurultayı və s. Aşağıdakı məqaləni də "beynəlxalq slavyan dili" kimi yazmaq olar. Kosmik Ozan utora! 18:13, 10 may 2024 (UTC)[cavabla]
Burda ya kalka olmalı, ya da məqalənin adında dəqiqləşdirmə əlavə etməliyik. Çünki, bu dilin iki forması haqqında iki məqalə mövcuddur (və bu Vikipediya üçün normaldır, məs. Orta azərbaycanca məqaləsi). Orijinal adları fərqlidir, amma kalkasız tərcüməsi eyni çıxır. — Мурад 97 (müzakirə) 18:21, 10 may 2024 (UTC)[cavabla]
Tərcümə eyni çıxmır. "Межславянский" "slavyanlararası dil" və ya "interslavyan dili" kimi tərcümə olunur, "ümumslavyan" yox. Məsələn, burada slavyanlararası dil yazıblar. Burada da. Kosmik Ozan utora! 18:42, 10 may 2024 (UTC)[cavabla]
Yaxşı, onda ikinci müraciətin adını dəyişdirirəm. — Мурад 97 (müzakirə) 18:52, 10 may 2024 (UTC)[cavabla]

Qeyd: yuxarıda olan müzakirəyə baxın. — Мурад 97 (müzakirə) 18:55, 10 may 2024 (UTC)[cavabla]


Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024