Xanərəb
Xanərəb — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Xanərəb | |
---|---|
40°13′50″ şm. e. 47°10′51″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Bərdə rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 68 m |
Saat qurşağı | |
Tarixi redaktə
Xanərəb Bərdə r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsi ərəb mənşəli tayfaların məskunlaşması nəticəsində yaranmış, Qarabağ xanlarına məxsus mülk olmuşdur. Bir müddət Bəylik də adlanmışdır. Oykonim xan (titul) və Ərəb (etnotoponim) komponentlərindən düzəlib, "xana məxsus Ərəb kəndi" mənasındadır.[1]
Xanərəb sovet dövründə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə nəinki rayonun, hətta regionun məşhur yaşayış məntəqələrindən sayılıb. Lakin sonrakı illərdə regionun digər yaşayış məntəqələri kimi, Xanərəbdə də iqtisadi çətinliklər üzündən təsərrüfatı dağılıb.
Əhalisi redaktə
Tanınmışları redaktə
- Həvva Məmmədova - Tarix elmləri namizədi
- İsa Sevər - şair, müəllim
- Tofiq Qasımov - Kimyaçı alim.
İstinadlar redaktə
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.323 (az.)
Bərdə rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |