Ziyafət Əsgərov Haqqinda Melumat - Vikipedia

Ziyafət Əsgərov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ziyafət Əsgərov

Ziyafət Abbas oğlu Əsgərov (24 oktyabr 1963, Aşağı Uzunoba, Naxçıvan rayonu) — Milli Məclisin deputatı, hüquq elmləri namizədi, professor.

Ziyafət Əsgərov
Şəxsi məlumatlar
Doğum tarixi 24 oktyabr 1963(1963-10-24) (60 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Şərəf" ordeni "Şöhrət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq elmləri namizədi, professordur.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olmuşdur.

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvüdür.

1990-cı ildən Bakı Dövlət Universitetində konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda Konstitusiya hüququ kafedrasının professoru və ictimai əsaslarla kafedranın müdiridir.[1]

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən parlament Sədrinin müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışmışdır.

2005-ci il noyabrın 6-da 76 saylı Lənkəran-Astara seçki dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədridir.

NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Evlidir, 2 övladı var.

Mükafatları redaktə

İstinadlar redaktə

  1. "BDU-da "Heydər Əliyev mühazirələri" layihəsinin ilk görüşü". 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  2. Z. A. Əsgərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2018-02-12 at the Wayback Machine (az.)
  3. Z. A. Əsgərovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2018-02-12[Date mismatch] at the Wayback Machine (az.)

Xarici keçidlər redaktə


Saytda 94 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024