Od çərşənbəniz mübarək!

Od çərşənbəniz mübarək!


The secret of education begins with respect in the child

Od çərşənbəniz mübarək!

Od çərşənbəniz mübarək!
Bü gün xalqımız od çərşənbəsini qeyd edir. Bu çərşənbə əcdadlarımızın oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün mənfi enerjini və azar-bezarları yandırırlar. Bu bayramda süfrələri ləziz bayram şirniyyatları bəzəyər. Hər süfrədə şəkərbura, paxlava, müxtəlif çərəzlər və s. qoyular. Novruz bolluq və bərəkətin də rəmzidir. Bayram ərəfəsində odla bağlı ritual və mərasimlərin mövcudluğu daha çox odun ilahi mahiyyəti ilə əlaqəlidir. Novruz Bayramı atəşpərəstliklə əlaqələndirilir. Lakin, qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olub və Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır. Bayram ərəfəsində keçirilən qədim rituallardan olan "Qodu xan" oyunu bu bayramın sırf türk mifologiyasından qaynaqlandığını sübut edir. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Od çərçənbəsində insanlar inanırlar ki, günəşi və odu nə qədər əzizləyib oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.

Od çərşənbəniz mübarək!

Share with Friends

103 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024