İnfeksion xəstəliyə yoluxmuş xəstələr üçün pəhriz

İnfeksion xəstəliyə yoluxmuş xəstələr üçün pəhriz


New interesting information is added every day

İnfeksion xəstəliyə yoluxmuş xəstələr üçün pəhriz

İnfeksion xəstəliyə yoluxmuş xəstələr üçün pəhriz
Bu pəhriz kəskin infeksion xəstəliyə yoluxmuş xəstələr üçün nəzərdə tutulub. Pəhrizin məqsədi orqanizmin müqavimətini qaldırmaq və immuniteti artırmaqdan ibarətdir. Pəhrizə enerji artıracaq qidalar - karbohidratlar, zülallı və vitaminli qida məhsulları daxildir. Həzm sistemini pozmamaq və qəbizliyə yol verməmək şərtilə bütün isti qidalar bu pəhrizə daxildir. Bundan əlavə orqanizmdən intoksikasiyanı azaldan, antimikrob təsirə malik bitki çayları bu pəhrizin əsas qidasını təşkil edir.
Kəskin infeksion xəstəliyə tutulmuş adamın rasionunda yağlı bulyonlar ,təzə ağ çörək və soyuq içkilərə yol vermək olmaz.
Belə xəstələrin qidasını aşağıdakılar təşkil eləməlidir:
- buğda çörəyi, suxari
- bütün növ çox da yağlı olmayan suplar
- ətli püre
- parda bişən mal əti
- quzu, çolpa əti
- kəsmik, qatıq, süd məhsulları
- meyvə və tərəvəzlər
- kürü, balıq məhsulları
- limonlu çay, itburnu dəmləməsi, südlü kofe, metvə şirələri.
Tatli.Biz

Share with Friends

123 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024