Kabaçkidən hazırlanan maffinlər

Kabaçkidən hazırlanan maffinlər


All kinds of food and sweets recipes

Kabaçkidən hazırlanan maffinlər

Kabaçkidən hazırlanan maffinlər
Lazım olan məhsullar:

- Kabaçki - 1 ədəd, böyük olmayan

- Yumurta - 2 ədəd

- Un - 150 qr

- Süd - 50 ml

- Bərk pendir - 50-70 qr

- Zeytun yağı - 50 ml

- Manna yarması - 2 xörək qaşığı

- Qabartma tozu - 10 qr

- dəniz duzu, qara döyülmüş istiot – zövqə görə

Kabaçki yuyulur və böyük sürtgəcdən keçirilir. Pendir də eyni sürtgəcdən keçirilir və kabaçkiyə qatılır. Yumurta əlavə olunur və qarışdırılır. Un manna yarması və qabartma tozu ilə qarışdırılır və kabaçki kütləsinə əlavə edilir. Üzərinə süd tökülür, duzlanır, istiotlanır, zeytun yağı əlavə edilir və qarışdırılır. Bu maffinlər üçün xəmir qatı xama konsistensiyasında olmalıdır. Əgər xəmir çox sulu alınıbsa, biraz un, çox qatıdırsa, biraz süd əlavə edin. Xəmiri maffinlər üçün formalara qoyun və 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə ərzində bişirin. Maffinlər xoş qızılı rəng almalı və içinin bişib-bişmədiyini yoxlamaq üçün batırılan taxta çubuq quru çıxmalıdır.

Share with Friends

121 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024