Tez hazırlanan ZƏRİF LİMONLU PEÇENYE - FOTO

Tez hazırlanan ZƏRİF LİMONLU PEÇENYE - FOTO


All kinds of food and sweets recipes

Tez hazırlanan ZƏRİF LİMONLU PEÇENYE - FOTO

Tez hazırlanan ZƏRİF LİMONLU PEÇENYE - FOTO
Tərkib:
- 60 qr kərə yağı
- 100 qr şəkər tozu
- 1 yumurtanın ağı
- 1 limon
- 40 qr qarğıdalı nişastası (yoxdursa, kartof nişastasından istifadə edə bilərsiniz)
- 200 qr un (1 stəkandan bir qədər az)
- 1 ç.q. qabartma tozu
- pudra (üzərinə səpmək üçün)
Hazırlanması:
1. Yumşaq kərə yağı şəkər tozu ilə mikserlə yaxşı qarışdırılır.
2. Yumurtanın ağı əlavə olunur, çalınır.
3. Limonun sedrası (sarı qabığı) sürtgəclə soyulur, şirəsi sıxılır, kütləyə əlavə olunur.
Tez hazırlanan ZƏRİF LİMONLU PEÇENYE - FOTO
4. Nişasta əlavə olunur, qarışdırılır.
5. Una qabartma tozu əlavə olunur, qarışdırılır, ələnir, yağlı-şəkərli kütləyə əlavə olunur, qarışdırılır, x.mir yoğrulur. Zərif, əllərə yapışmayan xəmir alınır.
6. Xəmirdən qoz boyda tikələr götürün, yumurlayın, perqament sərilmiş tavaya düzün.
7. Peçenyeləri barmaqlarınızla yastıladın.
Tez hazırlanan ZƏRİF LİMONLU PEÇENYE - FOTO
8. Sobanı qabaqcadan 175 C qədər qızdırın, peçenyeni 8-12 dəqiqə ərzində bişirin.
Nuş olsun!

Share with Friends

136 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024