Information about Sənubər İsgəndərli

Information about Sənubər İsgəndərli


You can learn more about celebrities

About Sənubər İsgəndərli

Foto
1986-günümüz
Kimin sualı var (film tamaşa 1986) - Ağgül, Kişi sözü (film, 1987), Unudulan adam (film, 1987), Şöhrət və ya unudulan adam (televiziya tamaçasi 1987) - qadın, Şahid qız (film, 1990), Fəryad (film, 1993), Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996), Fatehlərin divanı (film, 1997), Nigarançılıq (film, 1998), Təsadüfi görüş (film, 1999), Ageıl eynəkli adam-2 (film, 1999), Şeirin xəzrisi (film, 2000), Salur Qazanın evi talandığı boy (film, 2001), Ageıl eynəkli adam-3 (film, 2002) – Jalə, Əlvida, cənub şəhəri (film, 2006), Bir dəfə Qafqazda (film, 2007), Cavid ömrü (film, 2007), Hökmdarın taleyi (film, 2008), Vəkil hanı? (film, 2011) (aktyor seçimi), Qayınana (film, 2011) – Afət, Varlı qız, kasıb oğlan – Samirə, Dəfnə ağacı (teleserial, 2016) - Adilə,
Azərbaycan Respublikasının Əməkdar Artisti (2002), Prezident Mükafatı (2012), "İlin işgüzar xanımı" (2016)
S.İsgəndərlinin bir qızı, bir nəvəsi var.

FirstName,LastName: Sənubər İsgəndərli
Age: 25 Oktyabr 1960 (64 Age )
Birthplace: Bakı
Task: Aktrisa
: 19-01-2017

Sənubər İsgəndərli Bakı şəhərində anadan olub. 1990-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

Sənubər İsgəndərova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olaraq Həlimə xanım ("Qətl günü" Y. Səmədoğlu), Tamara ("Dadaşbala əməliyyatı" R. Əlizadə), Leyli ("Leyli və Məcnun" M. Füzuli), Fərizə ("Şəhidlər" R. Səməndər), Bahar ("Kimdir müqəssir" Ə.Haqverdiyev), Tomris ("Yeddi məhbusə" Ə. Əmirli), Müğəni qız ("Laləli düzən" R. Əlizadə), Qonaq ("Qurbanəli bəy" C. Məmmədquluzadə), Yelena ("Yay gecəsində yuxu" V.Şekspir və s. rollarını oynayıb.

1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışan aktrisa teatrın səhnəsində Siyan Şi ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), İcraçı ("Şah Edip" Sofokl), Burla Xatun ("Burla xatun" N.Xəzri), Nisə xanım ("Lənkəran xanının vəziri" M.F.Axundov), Ulduz ("Ulduz, yaxud Ədirnə fəthi" C.Cabbarlı), Aysel ("Cəzasız günah" B.Vahabzadə), Gertruda ("Hamlet" V.Şekspir), Firəngiz və Fransuaza ("Brüsseldən məktublar" H.Həsənov), Sərvinaz bəyim ("Ölüləri qəbiristanlıqda basdırın" İ.Şıxlı), falçı ("Mesenat" Ə.Əmirli), Klara Veşer ("Ageli xanimin gəlişi", F.Durrenmatt), məşuqə ("Generalın son əmri", Vaqif Səmədoğlu), Qadın ("21-15 qatari" T.Orbay) rollarını oynayıb.

Sənubər İsgəndərova "Şöhrət və ya unudulan adam" (Qadın), "Qurbanəli bəy" (Xanım), "Ageıl eynəkli adam" (Jalə), "Şirin çay"(Aktrisa),"Bəyaz gecələr" (Nastya), "Qu quşunun məhəbbəti" (Gülər) teletamaşalarına və "Kişi sözü" (Solmaz), "Şahid qız" (Rəna), "Fəryad" (İsmayılın arvadı), "Təsədüfi görüş" (Tamara xanım), "Leyli və Məcnun"( Leylinin anası) filmlərinə çəkilib. Xəzər TV-də yayımlanan "Qayınana" serialında Afət xanım rolunu ifa etmişdir.

2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 8 mart 2016-cı ildə Azərbaycan mədəniyyəti və incəsənətinə, həmçinin kino yaradıcılığı sahəsinə verdiyi töhfələrə görə Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyi tərəfindən "İlin işgüzar xanımı" mükafatı ilə təltif edilmişdir.

Share with Friends

159 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024