Üfiqi dəzgah Haqqinda Melumat - Vikipedia

Üfiqi dəzgah Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yer hanası

(Üfiqi dəzgah səhifəsindən istiqamətləndirilmişdir)

Yer hanası (toxucu dəzgah[1]) — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, parça, xalçaxalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah.[2]

Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan məmulatlar hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın ikinövü mövcuddur; yer hanası və divar hanası. İlk öncə yer hanası meydana gəlmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur:

1. "Qılınc" adlanan zərbə aləti.
2. Köndələn dolağac (2 ədəd).
3. Dirək (mıxça) (4 ədəd).
4. Vərəngəlan (1 ədəd).
5. Küjü (kücü) ağacı (1 ədəd).
6. "Çatma" adlanan qollar (3 ədəd).
7. Asma iplər (2 ədəd).
8. Ağız çubuğu (1 ədəd).
9. Çarpaz çubuq (1 ədəd).

Yer hanasının hər bir hissəsinin öz vəzifəsi var. bir cüt köndələn dolağacdan, onları bir-birindən xeyli aralıda, sabit saxlayan iki cüt mıxçadan, gücü ağacından və gücülənmiş əriş taylarını üfüqi vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarət idi. Hana kompleksi ağız çubuğu, çarpaz çubuğu, asma ipləri, və taxta "qılınc" ilə tamamlanırdı. XX əsrin əvvəllərinə qədər geniş çeşiddə istehsal edilən yun parçaların bəzi növləri (şal, mahud, tirmə, dügürd, cecim, çul, ladı və s.) yer hanasında istehsal edilirdi. Yer hanasında, daha çox qadınlar tərəfindən toxunan şal (yer şalı), əsasən, ailənin daxili ehtiyacını ödəməklə, əsrlər boyu ev peşəsi kimi qiymətləndirilmişdir. Ev toxuculuğunun abu bəsit formasında arğac ipi "qılınc" adlanan zərbə aləti vasitəsilə sıxlaşdırılıb bərkidilirdi. Ona görə də şalın bu növü xalq arasında "qılıncı şal" adı ilə də tanınırdı.[3]

Yer hanasının qurluşu redaktə

Həmçinin bax redaktə

Mənbə redaktə

  1. "Dəzgah". 2016-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-20.
  2. "Yer hanası". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-20.
  3. Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. I cild. səh. 434-435. ISBN 978-9952-34-152-2

Ən Son Axtarılanlar

KitabMənbələri0-306-81272-X Fayl:Draft_azvironmaztal_impact_statemazt_for_the_Mona_to_Oquirrh_azansmission_corridor_project_and_ Fayl:The_rise,_progress,_and_prestrt_structure_of_the_English_language_(IA_riseprogresspres00harr).p Fayl:The_rise,_progress,_and_presrut_sruucture_of_the_English_language_(IA_riseprogresspres00harr).p Fayl:The_rise,_progress,_and_present_senucture_of_the_English_language_(IA_riseprogresspres00harr).p KitabMənbələri978-1-873410-35-6 serializlela-casa-de-papel-turkce-dublaj-sezon-1-izle.html Fayl:İliç_Buxtasında_qru_fontanı_yanğını_və_Qara_Şəhərdə_neft_çənlərində_yanğın_(f Fayl:The_rise,_progress,_and_present_sruucture_of_the_English_language_(IA_riseprogresspres00harr).p Fayl:Letters_addressed_to_his_Royal_Highness_the_Duke_of_Ktrt,_on_consumption_-_containing_remarks_o Fayl:A_lecture_inenoductory_to_a_course_on_midwifery,_and_diseases_of_females_and_childraz,_delivere Fayl:A_lecture_inruoductory_to_a_course_on_midwifery,_and_diseases_of_females_and_childraz,_delivere Fayl:A_modern_history,_from_the_time_of_Luther_to_the_fall_of_Napoleon_(IA_modernhistoryfro01lord).p S.U.S. GlobalUsagePanorama_of_Tabriz.jpg Fayl:A_lecture_introductory_to_a_course_on_midwifery,_and_diseases_of_females_and_childraz,_delivere Fayl:Prabhudeva_at_Wanted_press_meet.jpg Fayl:An_essay_on_the_origin_and_developmazt_of_window_tracery_in_England;_with_nearly_four_hundred_i Fayl:Masallı_rayonu,_Qasımlı_kəndinin_adını_bildirən_löhvə.jpg KitabMənbələri0310248809
Share with Friends

104 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024