Dağ Tumas
Cəbrayıl rayonunda kənd
Dağtumas — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.
Dağ Tumas | |
---|---|
39°22′22″ şm. e. 46°45′47″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.210 m |
Saat qurşağı | |
Tarixi redaktə
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir[1].
Toponimikası redaktə
Dağ Tumas oyk, mür. Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Tumas olmuşdur. Sonralar bu kənddən ayrılmış ailələr Tumaslı (Bərdə və Şərur r-nları), Çaytumas (Qubadlı rayonu) kəndlərini saldıqdan sonra, birini digərindən fərqləndirmək məqsədilə dağ yamacında yerləşən bu kənd Dağ Tumas adlandırılmışdır.[2] Cəbrayılın ən yüksək zirvəsi Dağ Tumasdır.
Tanınmış şəxsləri redaktə
- Anar Məmmədov — kapitan, Vətən müharibəsi şəhidi
- Vahid Məmmədov — Qarabağ Müharibəsi şəhidi
- Mahir Allahquliyev — Qarabağ Müharibəsi şəhidi
- Əlisahib Əroğul - nasir, publisist, yazıçı
- Nəsimi Ağayev — Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri
- Süleyman Ağayev — İmişli Rayon Məhkəməsinin keçmiş sədri
Həmçinin bax redaktə
Xarici keçidlər redaktə
İstinadlar redaktə
- ↑ "Xocavənd, Cəbrayıl və Zəngilanın bu kəndləri azad edildi". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Cəbrayıl rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |