Portal:Azərbaycan Silahlı Qüvvələri/Xəbərlər arxivi Haqqinda Melumat - Vikipedia

Portal:Azərbaycan Silahlı Qüvvələri/Xəbərlər arxivi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Azərbaycan Silahlı Qüvvələri/Xəbərlər arxivi

  • 25 Aprel 2008

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun bank hesabına toplanan vəsaitlərin həcmi artır. Milaz.info-nun Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 21-i tarixinə Fondun Azərbaycan manatı ilə açılmış bank hesabına toplanmış vəsait 3 mln. 629 min manat təşkil edib. Bundan başqa, Fondun ABŞ dolları ilə açılmış hesabına toplanmış vəsait 81 189 dollara çatıb. Fondun Azərbaycan manatı ilə hesabına toplanan vəsaitin həcmi aprelin 1-i ilə müqayisədə 85 min manat, ABŞ dolları ilə hesabına yığılan vəsait isə 3 min dollar artıb. Yanvar ayının 1-i ilə müqayisədə Fondun manat hesabı ilə vəsaitləri 165 min manat artıb. Daha ətraflı milaz.info


  • 05 Aprel 2008

Erməni işğalçıları Ağdamın Yusifcanlı, MərziliNovruzlu kəndlərindəki evləri sökərək yerində istehkam tikirlər

Bərdə. Teymur Quliyev – APA. Azərbaycanın işğal olunmuş Ağdam rayonunun Yusifcanlı, Mərzili və Novruzlu kəndlərindəki evlər ermənilər tərəfindən sökülür və yerində istehkamlar tikilir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni işğalçıları son günlər qeyd olunan istiqamətdə ağır texnika cəmləşdirir. Bundan başqa, gecələr həmin ərazidə yük avtomobillərinin hərəkəti müşahidə olunur. (APA)


124 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024