Təbriz Dəmir Dövrü Muzeyi Haqqinda Melumat - Vikipedia

Təbriz Dəmir Dövrü Muzeyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Təbriz Dəmir Dövrü Muzeyi

Təbriz Dəmir Dövrü Muzeyi - Təbriz şəhərində yerləşən və Təbriz şəhərində Dəmir dövrünə aid maddi tapıntıların nümayiş etdirildiyi muzey.[1]

Təbriz Dəmir Dövrü Muzeyi
Əsası qoyulub 2006
Açılış tarixi 2006
Yerləşir Təbriz

Yaradılması redaktə

Dəmir dövrünə aid muzey 2006-cı ildə (hicri-şəmsi təqvimi ilə 1385-ci il) fəaliyyətə başlamışdır. Muzey Cənubi Azərbaycanınİranın ilk səhra muzeyidir.[1]

Haqqında redaktə

Yerin altında, qaranlıq bir məkanda yerləşən muzey Təbrizdəki Göy məscidin şimal, şimal-şərq və şimal-qərb tərəfində qərarlaşıb. Muzey məzarlıq və Dəmir dövrünə aid gil-torpaq əsərlərindən ibarətdir.

Muzeydə 38 qəbir var, skletlər körpə yaşda ölən insanlara aiddir. Körpələrin məzarı sadədir, lakin yeniyetmələr gildən düzəldilmiş iki qabla birlikdə kvadrat şəklində olan qəbirlərdə basdırılıb. Uşaqlar oyuncaqları, kişilər savaş alətləri və qadınlar zinət əşyaları ilə birlikdə dəfn edilib.[1]

İstinadlar redaktə

  1. 1 2 3 ""Təbriz Dəmir Dövrü Muzeyi" haqqında nələr bilirik?". gunaz.tv. 23 may 2018. 7 iyun 2019 tarixində arxivləşdirilib.

216 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024