Ziyalı Məclisi
Ziyalı Məclisi — mədəni-maarif cəmiyyəti.
Tarixi redaktə
1882-ci ildə Naxçıvan şəhərində yazıçı-publisist Eynəli Sultanov tərəfindən yaradılmışdır. XIX əsrin 90-ci illərinədək fəaliyyət göstərən məclis Naxçıvanda maarifçilik hərəkatının əsas ideya-əməl mərkəzi idi.
Əsas məqsəd redaktə
Əsas məqsədi Naxçıvanın gənc ziyalı qüvvələrini məktəb,maarif və mədəniyyətin inkişafına cəlb etmək idi. Məclis üzvləri mövhumat və cəhalət əleyhinə açıq mübarizə aparırdılar. Ziyalı Məclisində bədii əsərlərin,teatr tamaşalarının müzakirəsi də keçirilirdi. Məclisin üzvləri Naxçıvan teatrının yaradıcıları hesab olunurlar.
Üzvləri redaktə
Cəlil Məmmədquluzadə, Əsəd ağa Kəngərli, Paşa ağa Sultanov, Əliməmməd, Məhəmmədqulu bəy Kəngərli, Məhəmmədhüseyn və Sadiq Xəlilovlar,Əbülqasım Sultanov və başqaları məclisin üzvləri idilər.
Xarici keçidlər redaktə
Yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun 150 illik yubileyi qeyd olunub
Mənbə redaktə
- Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 592. ISBN 5-8066-1468-9.