Arvadının sevgisini yoxlamaq üçün ayrılıq məktubu yazan kişi şok hadisə ilə üzləşdi

Arvadının sevgisini yoxlamaq üçün ayrılıq məktubu yazan kişi şok hadisə ilə üzləşdi


Секрет воспитания начинается с уважения к ребенку

Arvadının sevgisini yoxlamaq üçün ayrılıq məktubu yazan kişi şok hadisə ilə üzləşdi

Arvadının sevgisini yoxlamaq üçün ayrılıq məktubu yazan kişi şok hadisə ilə üzləşdi
Həyat yoldaşının onu sevdiyini yoxlamaq istəyən kişi, ona vida məktubu yazıb.

Evi tərk edəcəyini yazaraq, həmin məktubu stolun üstünə qoyub və çarpayının altında gizlənərək həyat yoldaşının gəlişini gözləyib.
Bunun uşaq hərəkəti olduğunu başa düşsə də, xanımının ona qarşı nə hiss etdiyini yoxlamaq istəyi ona qalib gəlib. Məkubu oxuyan qadının ağlayacağını, rəfiqələrinə zəng edəcəyini düşünən kişi gözlədiklərinin əksi ilə qarşılaşıb.

Nəhayət ki, evə gələn qadın məktubu oxuyaraq, bir neçə dəqiqə sükutdan sonra kağıza nə isə yazmağa başlayıb.

Bir neçə dəqiədən sonra isə o, paltarını dəyişib, şən mahnıya qulaq asaraq rəqs etməyə başlayıb. Qadın kədərlənmək əvəzinə, çox şən görünüb.
Bunu müşahidə edən kişi şok vəziyyətinə düşüb. Amma bu hələ son olmayıb.

Qadın telofonu götürüb, hansısa nömrəni yığıb:

- Salam əzizim. Hazırlaşmışam, indi yanına gələcəm. Bu axmağa gəlincə isə, mən axır ki, onu bezdirdim, o da çıxıb getdi. Mən ona necə ərə gedə bilmişəm? Çox heyf ki, səninlə əvvəldən rastlaşmamışam. Görüşərik əzizim!

Dəstəyi yerinə asan qadın, evdən çıxıb.

Bir neçə dəqiqədən sonra, dəhşətli hisslər keçirən kişi çarpayının altından çıxaraq, stolun üstündəki məktubu götürüb və həyat yoldaşınınn ona nə yazdığını oxumağa başlayıb.

Məktubda yazılmışdı: "Çarpayının altından çıxan ayaqlarını görürəm. Mağazaya çörək almağa gedirəm".

Поделиться с друзьями

На сайте 128 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024