Hər payız qəmli yağışlar,
Sənsiz gəlib tapar məni.
Özün atdın zirvələrdən,
Dərələrdə axtar məni.
Axtar gözü dola-dola,
Nəzər yetir hər bir yola.
Baş vuraraq sağa, sola,
Küçələrdə axtar məni.
Mən qüssədə, mən dərdəyəm,
Elimdə də qürbətdəyəm,
Sən gedəndən zülmətdəyəm,
Gecələrdə axtar məni.
Только 2323 человек читают