Ağlamaq derdine tutulacaqsan

Ağlamaq derdine tutulacaqsan


Kimi axtarırsan itirmiş kimi?
Görən hansı qəlbdə tapılacaqsan?!
Mənim həyatımı bitirmiş kimi,
Hələ çox qəlblərdən atılacaqsan!
Çox ürək sındırıb çox sökəcəksən,
Yalvarıb qarşımda diz çökəcəksən,
Hələ çox ağlayıb yaş tökəcəksən,
Ağlamaq dərdinə tutulacaqsan!
Daha inanmaram baxan gözlərə,
Yalandan parlayıb yanan közlərə,
Mənə söylədiyin yalan sözlərə,
Nə vaxtsa aldanıb satılacaqsan!
Nə günah etmişdim sevməyim ilə,
Buludlar ağlayir, qar gəlib dilə,
Yağacaq başına qəm gilə-gilə,
Kədər dəryasına qatılacaqsan.!
Только 2060 человек читают
Поделиться с друзьями

На сайте 133 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024