Çay dəmi ilə dadlı keks. Tez və ucuz!

Çay dəmi ilə dadlı keks. Tez və ucuz!


Рецепты всевозможных блюд и сладостей

Çay dəmi ilə dadlı keks. Tez və ucuz!

Çay dəmi ilə dadlı keks. Tez və ucuz!
Məhsullar:
- yarım stəkan tünd ilıq çay dəmi
- yarım stəkan şəkər tozu
- 3 x.q. istənilən cem və ya mürəbbə
- 3 x.q. bitki yağı
- 1 yumurta
- 1 ç.q. soda
- götürənə gədər un (xəmir qatı xama kimi olmalıdır)
- 1 ç.q. darçın
Hazırlanması:
1. Yumurta, mürəbbə, şəkər tozunu qarışdırın.
2. Sodanı limon şirəsi və ya sirkə ilə söndürün kütləyə əlavə edin, qarışdırın.
3. Çay dəmi, bitki yağı və darçın əlavə edin, qarışdırın.
4. Un əlavə edin (qatı xama kimi alınmalıdır).
5. Formaya yağ çəkin, xəmir qoyun, qabaqcadan 180 C qədər qızdırılmış sobada təxminən 50 dəqiqə - 1 saat bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın (çöpü keksə batırın və çıxardın, üzərində xəmir olmamalıdır, çöp quru olmalıdır).
Nuş olsun!

Поделиться с друзьями

На сайте 133 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024