"Netflix"in filmində "Alov qüllələri" və Azərbaycan bayrağı - FOTO - VİDEO

"Netflix"in filmində "Alov qüllələri" və Azərbaycan bayrağı - FOTO - VİDEO


Следуйте за нами, чтобы оставаться в курсе

"Netflix"in filmində "Alov qüllələri" və Azərbaycan bayrağı - FOTO - VİDEO


"Yadınızdadırsa, 2021-ci ildə "Netflix" platforması ilə əməkdaşlıq nəticəsində ABŞ istehsalı olan blokbasterin çəkilişlərinin bir hissəsinin Bakıda aparılması barədə məlumat vermişdik. Nəhayət, həmin layihənin adını açıqlaya bilərik - "The Gray Man" (Russo qardaşlarının filmidir, baş rollarda Ryan Goslinq və Kris Evans oynayır). Birinci kadrda arxa fondakı "Alov qüllələri"dir, ikinci kadrdakı məkan əslində Praqa şəhərində yerləşən Vitkovdakı Milli Abidənin ətrafı olsa da, kənarlardakı bayraqlara diqqətlə baxın".
Tatli.Biz xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin rəhbəri, rejissor Rüfət Həsənov öz feysbuk hesabında yazıb.
O bildirib ki, filmin personajlarından biri də azərbaycanlıdır.
Qeyd edək ki, Azərbaycan Film Komissiyasının ("Filming Azerbaijan") direktoru İlkin Məhəmmədli saytımıza müsahibəsində "The Gray man" filminin bir epizodunun Bakıda çəkildiyini, "Filming Azerbaijan"nın "Neftlix" platforması ilə birgə işbirliyinin nəticəsində ərsəyə gəldiyini açıqlamışdı.

( Tatli.Biz)

Поделиться с друзьями

На сайте 87 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024