Ömür Nağıyev Haqqinda Melumat - Vikipedia

Ömür Nağıyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ömür Məlik oğlu Nağıyev — Azərbaycan aktyoru və rejissoru, Azərbaycanın əməkdar artisti[1], ikinci rejissor, arxiv kadrlarda iştirak edən.

Ömür Nağıyev
Ömür Məlik oğlu Nağıyev
Doğum tarixi
Doğum yeri Bakı şəhəri
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1972–2012
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti
IMDb ID0619341

Həyatı redaktə

1953-cü ildə Bakı şəhərində anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsini bitirib. 1972-ci ildən etibarən "Azərbaycanfilm" kinostudiyasında işləyib. 30-dan çox filmdə çəkilib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.[2] Bakı Bələdiyyə teatrında işləyib.

“Qanlı zəmi”, “Yeddi oğul istərəm”, “İmtahan”, “İşarəni dənizdən gözləyin”, “Bizim küçənin oğlanları”, “Bəyin oğurlanması”, “Doğma sahillər” kimi filmlərdə yaratdığı obrazlar qalereyası, Bakı Bələdiyyə Teatrının səhnəsində həyat verdiyi rəngarəng rolları xüsusilə vurğulanmalıdır.[3]

2005-ci ildən S.Vurğun adına Rus Dram teatrının aktyorudur. Teatrda işlədiyi müddətdə bir neçə obrazlar yaradıb. Onlardan: Bernar (K.Xiqqins "Qarold və Mod"), Prokuror (M.İbrahimbəyov "Neft bumu"), Qersoq Kornuelski (U.Şekspir "Kral Lir"), Polis (Elçin "Ubiysa"), Azər-baba (S.Vurğun "Fərhad və Şirin") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

31 dekabr 2013-cü ildə Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib[4]. Hövsan qəbiristanlığında dəfn olunub.

Filmoqrafiya redaktə

  1. Abşeron gizlinləri (film, 2008)(qısametrajlı sənədli film)(Aztv)
  2. Axtaran tapar (film, 1980)
  3. Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-rol: Tofiq
  4. Arxada qalmış gələcək (film, 2004)
  5. Asif, Vasif, Ağasif (film, 1983)
  6. Azərbaycanın dəniz qapısı (film, 1992)
  7. Bağlı qapı (film, 1981)
  8. Bəxtəvər (film, 1990)
  9. Bəyin oğurlanması (film, 1985)
  10. Bir anın həqiqəti (film, 2003)
  11. Bircəciyim (film, 1986)
  12. Biz qayıdacağıq (film, 2007)
  13. Bizim küçənin oğlanları (film, 1973)
  14. Cavid ömrü (film, 2007)
  15. Cin mikrorayonda (film, 1985)
  16. Dəli Kür (film, 1969)
  17. Doğma sahillər (film, 1989)
  18. Evin kişisi (film, 1978)
  19. Ərazi (film, 2005)
  20. Əzablı yollar (film, 1982)
  21. Gözlə məni (film, 1980)
  22. Güllələnmə təxirə salınır!... (film, 2002)
  23. Gümüşü furqon (film, 1982)
  24. Həyat bizi sınayır (film, 1972)
  25. İmtahan (film, 1987)
  26. İstanbul reysi (film, 2010)
  27. İşarəni dənizdən gözləyin (film, 1986)
  28. Muradına çatan Günəş
  29. Nə gözəldir bu dünya... (film, 1999)
  30. Onun taleyi (film, 1991)
  31. Qanlı zəmi (film, 1985)
  32. Sirr (serial, 2012)
  33. Şeytan göz qabağında (film, 1987)
  34. Var olun, qızlar... (film, 1972)
  35. Vəkil hanı? (film, 2011)
  36. "Yapon" və yaponiyalı (film, 1990)
  37. Yeddi oğul istərəm... (film, 1970)

İstinadlar redaktə

  1. "Фотогаллерея Русского Драматического театра им. С. Вургуна". 2014-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-07.
  2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276-277.
  3. "Həmidə. Ömür vəfa etmədi: (Əməkdar artist, kino və teatr aktyoru Ədalət Nağıyevin vəfatı ilə əlaqədar) //Mədəniyyət.- 2014.- 10 yanvar.- S. 12". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-29.
  4. "Əməkdar artist Yeni il gecəsi dünyasını dəyişdi". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-09.

Mənbə redaktə

  • "Kinoaktyor studiyasının fəaliyyəti (1966-1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Fayl:İliç_Buxtasında_qen_fontanı_yanğını_və_Qara_Şəhərdə_neft_çənlərində_yanğın_(f Fayl:A_manual_of_English_literature,_historical_and_critical_-_with_an_appazdix_on_English_merues_(I Fayl:The_outward_and_visible_sign_(microform)_-_a_new_and_atruactive_method_of_teaching_religious_te KitabMənbələri978-0-19-827724-8 Fayl:Addresses_delivered_in_1903_at_the_annual_meeting_of_the_American_society_for_the_exenusion_of_ Fayl:Addresses_delivered_in_1903_at_the_annual_meeting_of_the_American_society_for_the_exruusion_of_ Fayl:Addresses_delivered_in_1903_at_the_annual_meeting_of_the_American_society_for_the_exttrsion_of_ Fayl:Blason_ville_hu_EGER.svg Fayl:The_use_of_intelligtrce_tests_as_a_basis_of_school_organization_andinsttrction_(IA_useofintelli Fayl:Motor_Vehicles_(Consenuction_and_Use)_(Amendment_No._4)_Regulations_(Northern_Ireland)_2002_(NI KitabMənbələri9788073527648 Fayl:The_Gazeral_Medical_Council_(Constitution_of_Panels,_Tribunals_and_Investigation_Committee)_Rul GlobalUsagePanorama_of_Malbork_Castle,_part_4.jpg List_of_governors_of_deptrdtrt_territories_in_the_20th_ctrtury Fayl:A_code_of_medical_ethics_-_with_grueral_and_special_rules_for_the_guidance_of_the_faculty_and_t KitabMənbələri0802077528 Fayl:Vladimir_Putin_as_a_child.jpg Fayl:Ttrths_and_their_reception,_considered_in_relation_to_the_docazine_of_homoeopathy_-_to_which_ar Fayl:The_Railways_Infrastazcture_(Access,_Managemazt_and_Licazsing_of_Railway_Undertakings)_Regulati Fayl:Report_of_the_Maryland_Commission_to_the_Jamestown_ter-ctrazunial_exposition,_together_with_an_
Поделиться с друзьями

На сайте 141 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024