Dəniz tısbağaları Haqqinda Melumat - Vikipedia

Dəniz tısbağaları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dəniz tısbağaları

Dəniz tısbağaları (lat. Chelonioidea) — tısbağalar dəstəsinə aid heyvan fəsiləüstü.

Dəniz tısbağaları
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xüsusiyyətləri redaktə

Daim su mühitində yaşamağa uyğunlaşmış iri sürünənlər (zirehinin uz. 1,4 m-ədək, kütləsi 400 kq-a qədər olur). Zirehi hündür deyil, sürüşgən qərni qalxancıqlarla örtülüdür. Sümükdən olan bel qalxanı qabırğalar və kənar qatlar arasında deşiklərin əmələ gəlməsi hesabına yüngülləşmişdir. İri başı və kürəkşəkilli ətrafları çanağa yığılmır, yoğun və qısa boynu isə qismən yığılır. Dəniz tısbağaları ətrafların (xüsusilə arxa ətraflara nisbətən çox iri ön ətrafların) kürəkvarı hərəkəti ilə yaxşı üzür və suya baş vururlar. Yalnız birləşmiş vəziyyətdə olan 1-3-cü barmaqlarda qısa caynaqlar var. Əksəriyyəti balıqlar, mollyusklar, dərisitikanlılar, xərçəngkimilər, bağırsaqboşluqlularsüngərlərlə qidalanır; ən irisi sayılan yaşıl tısbağa (Cheloniamydas) yosunlarla qidalanır. Dəniz tısbağaları bütün həyatlarını dənizdə keçirir, çoxalma yeri ilə okeanın bolqidalı yerləri arasında uzaq (bəzən 1000 km-ədək) miqrasiyalar edirlər. Dişilər ancaq yumurta qoymaq üçün sahilə çıxır. Bir neçə onluqdan 350-yədək üzəri dəriciklə örtülü yumurtaları qumda basdırır, yuvalamaq üçün 60 sm dərinlikdəki yeri arxa ətrafları ilə qazırlar. Yumurtadan çıxan balalar dərhal dənizə üz tutur, axınlar onları okeanın uzaq yerlərinə apa rır. Dəniz tısbağaları cinsi yetkinliyə çatdıqda çoxalmaq üçün əvvəlki yuva yerlərinə qayıdırlar. 4 cinsə aid olan 6 növü var: loqqerxedlər və ya yekəbaş tısbağalar (Caretta), yaşıl və ya şorba tısbağaları (Chelonia), bissalar (Eretmochelys), ridleylər və ya zeytunu tısbağalar (Lepi dochelys). Yer kürəsinin tropik və subtropik dənizlərində yayılmışlar. Dəniz cərəyanları ilə bəzi fərdlər yuxarı coğrafi enliklərə gedib çıxırlar. Dəniz tısbağaları uzun müddət intensiv ovlanmaya məruz qaldıqları üçün (əti, yumurtası və zirehi istifadə olunur) təbii populyasiyalarının sayı kəskin azalmışdır. Dəniz tısbağalarının bütün növləri BTMC-nin “Qırmızı kitabı”na daxil edilmişdir.  [1]

Təsnifatı redaktə

İstinadlar redaktə

  1. Dəniz tısbağaları// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 576.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə

Ən Son Axtarılanlar

Fayl:Transactions_and_proceedings_of_the_Royal_Society_of_Victoria_.._(IA_transactionsproc1719roya). Fayl:The_Boer_War_(microform)_-_its_causes,_and_its_interest_to_Canadians_with_a_glossary_of_Cape_Du Fayl:Directory_of_officials_and_organizations_concerned_with_the_protection_of_birds_and_games,_1921 Fayl:Report_of_the_Ontario_Commission_on_the_Dehorning_of_Cattle._(IA_dehorningcomm00onta).pdf Fayl:French_literary_studies_(IA_frenchliteraryst00endm).pdf Fayl:Report_of_the_Committee_of_Visitors,_and_sevruth_annual_report_of_the_medical_superintrudrut,_o kinoizletim-tim-timsah-lyle-lyle-crocodile-2022-hdrip-20123-tr-dublaj-izle.html serializletimeless-sezon-1-seriya-13-izle.html Fayl:The_Magisenates’_Courts_Fees_Order_2008_(UKSI_2008-1052).pdf Fayl:Frtrch_literary_studies_(IA_frtrchliteraryst00rudm).pdf Fayl:Frruch_literary_studies_(IA_frruchliteraryst00rudm).pdf Fayl:The_Magisruates’_Courts_Fees_Order_2008_(UKSI_2008-1052).pdf SəhifəyəKeçidlərİstifadəçi:Mr_rqasimzade WhatLinksHerePedia:Adminisruators2019_request_for_commrut_on_inactivity_standards Fayl:The_Italian_Rruaissance_in_England;_studies_(IA_italianrruaissan00eins).pdf Fayl:The_Italian_Rtraissance_in_England;_studies_(IA_italianrtraissan00eins).pdf Arxada_iz_qoyma Fayl:Ağdam_rayonuDSC_0579.jpg Fayl:Movemrut_Sruategy_-_New_Voices_Research_-_Findings_ Fayl:Lecture_inazoductory_to_a_course_of_lectures_on_midwifery_and_diseases_of_womru_and_childrru_(e
Поделиться с друзьями

На сайте 102 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024