Qəçrəş
Qəçrəş — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir.[1]
Qəçrəş | |
---|---|
41°19′19″ şm. e. 48°23′23″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 859 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2316 (2009) nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi redaktə
Quba rayonunun ən böyük kəndlərindən biridir. Turizminə görə Azərbaycanda tanınan yerdir.
Toponimikası redaktə
Qəçrəş oyk., mür. Quba r-nunun Qəçrəş i.ə.v.-də kənd. Qudyalçayının sahilində, Böyük Qafqaz silsiləsinin yamacındadır. Kəndin adı fars dilindəki kaç (fıstıq) və ras (tala, dağ ətəyi, çəmən) sözlərinin birləşməsindən əmələ gəlib, “fıstıqlı dağ ətəyi” mənasını verir. Yaşayış məskəninin adı yerin təbii şəraitini, relyefini əks etdirir.[2]
Mədəniyyəti redaktə
Kənddə mədəniyyət evi, 3 kənd sovetlik binası, poçt, 11 illik məktəb və bir məscid var.
TV redaktə
1984-1985-ci illərdə bu kənddə kiçik güclü verici quraşdırılmışdır.[3]
Coğrafiyası və iqlimi redaktə
Rayon mərkəzindən kəndə olan məsafə 12 km-dır. Qəçrəş kəndi Qımılqazma kəndi ilə qonşudur və bir inzibati ərazi vahidliyinə daxildir. Kənddə çoxlu istirahət mərkəzləri fəaliyyət göstərir. İl ərzində kənd rayon büdcəsinə 500 000 AZN xeyir verir. Kənd demək olar ki hər tərəfdən meşə ilə örtülmüşdür. Çoxlu sayda təbii bulaqlar var. Bitki aləminə gəldikdə isə zəngin olduğunu demək olar. Meşədə yabanı halda, qoz, fındıq, zoğal, yemişan, itburnu, alma, armud, əzgil, kimi meyvəsi olan ağaclar var. Həmçinin müalicəvi əhəmiyyəti olan otlarada sıx sıx rast gəlinir. Heyvanat aləminə gəldikdə isə burada ceyran, canavar, ayı, çöl donuzu, tülkü, və s. heyvanlar yaşayır. Kəndə xüsusi gözəllik verən Qudiyal çayında isə qiymətli balıq növü olan çapaq balıq tutmaq mümkündür.
Əhalisi redaktə
1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 632 nəfər əhali yaşayırdı.[4] Əhalisini əsasən azərbaycanlılar təşkil edir. Burada az sayda ləzgilər də yaşayır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2316 nəfər əhali yaşayır.[5]
İqtisadiyyatı redaktə
Kənd təsərrüfatı və turizm üstünlük təşkil edir.
Din redaktə
Kənddə Qəçrəş kənd məscidi dini icması fəaliyyət göstərir.[6]
Qalereya redaktə
-
Quba-Xınalıq yolu
Həmçinin bax redaktə
Xarici keçidlər redaktə
- azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2020-09-18 at the Wayback Machine
- Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar redaktə
- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ S. Quliyev. "Yaxın, uzaq dalğalar", "Kommunist" qəzeti, Bakı, 22 may 1986. (az.)
- ↑ "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 138
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |