Tatev Haqqinda Melumat - Vikipedia

Tatev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

TatevYelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd.[2]

Tatev
39°24′ şm. e. 46°12′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 65,73 km²
Mərkəzin hündürlüyü 1.680 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 864 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Tatev xəritədə
Tatev
Tatev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Sənəd 3 Bu sənəd Tatev monastrına mənsub olan Xot, ġinher və Xalidzor kəndlərinin sərhədlərinin dəqiqləşdirilməsi barədə 1400-cü ilə aid qəbalədir. Qəbalədə qeyd olunur ki, "Azərbaycan ölkəsinin Kapanat və Sisəcan əyalətinin, Naxçıvan tüməninin vicdanlı adamlarının şəhadəti ilə qazı məhkəmə keçirdi və bu məhkəmənin qərarı ilə Urud nahiyəsinin Xot, ġinher və Xalidzor kəndlərinin hüdudları dəqiqləşdirildi".

Bəs kəndlərin hüdudlarını müəyyənləşdirən yerlər necə adlanır? — Təmiz Azərbaycan türkcəsində! Təsəvvür edin ki, bu sənəddə bir dənə də erməni mənşəli yer adı yoxdur: Urud dərəsi, Urud çayı, Zoğallı dərə, Ayı dərəsi, Həmid gölü, Beş təpə, Daşxırman, Dəmirçi təpəsi, Çala, Molla Həsən karvansarası, Gədik, İmranlı qəbiristanlığı, Çaxırçimən, Korçeşmə, Qızıl qaya, Börklü qaya, Qara çınqıllı, Uzun qaya, Keçi qayası və s.

Bəs sənədi kim doldurub? — Naxçıvanlı Qəzi oğlu Əhməd, İnayətulla oğlu Rəhmətulla, Uruddan Söhrab[3]. Allah Papazyana rəhmət etsin ki, bu adları dəyişdirmədən olduğu kimi, Azərbaycan türkcəsində də vermişdir.[4][5]

Sənəd 7. 1450-ci ildə tərtib olunmuşdur.

Tatev monastrının baş keşişi (Vardabet) şimavon Anqexakotski[6] tərəfindən Svari, Tandzatap, Taşu və Aqans kəndlərinin Əmir Rüstəmdən, Kosmakot kəndinin Qəzənfər Cahan oğlundan və bir bağın Pirquludan satın alıb Tatev monastrına bağışlaması haqqında bu qəbalənin Seyyid Rumi Məhəmməd, habelə Urud kəndindən Söhrab və Rüstəm adlı şəxslər yazmış, Naxçıvan qazısı Zaməddin imzalayaraq möhürlə təsdiq etmişdir[7][4][5][8]

Sənəd 14. Azərbaycan ölkəsinin Kapanat vilayətinin Urud nahiyəsində yerləşən Tatev monastırıına məxsus Tatev, Svari, Taşu, Ağakəndi, Tanzatap, Xotanan, Xalidzor, Şinher, Xot, Kits, Bordi, Dəstəgerd, Gölyazı, Bnunis, Qarakilsə kəndlərinin və bağ yerlərinin əvvəllər vardaped şimavona məxsus olması və onun tərəfindən monastra bağışlanması barədə qəbalə 1508-ci il 8 noyabr tarixdə tərtib edilmiş və Sisəcan qazisi şükrulla Ənsari tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir[9][4]Sitat səhvi: </ref> teqi üçün bağlanma <ref> yoxdur.

Qaraqoyunlu hökmdarı Həsən Əlinin 1468-ci il tarixli fərmanı ilə Tatev və Vağədi kilsələri daha bir sıra vergilərdən (mal, ixracat, torpaq rentası), bu kilsələrin vəqf torpaqlarında yaşayan kəndlilər biyar ödəmələrindən azad olunurlar.

Bu fərmanla Əmir Rüstəm adlı bir Sünik knyazı tərəfindən 14 kəndin Tatev kilsəsinə satılması və həmin kəndlərin vəqf torpaqları siyahısına salınması bir daha təsdiq edilir[10].

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. (155, 251)
  4. 1 2 3 Matenadaran sənədi
  5. 1 2 [1]
  6. Əngələvidli — Musa Urud
  7. (155, 275)
  8. Bu qəbalə tərtib edildikdən bir neçə il sonra, 1468-ci ildə Həsən Əli Qaraqoyunlunun Tatev monastrına vəqf torpaqları ayrılması barədə fərmanı olmuşdur. Həmin fərmana görə, yuxarıda adları çəkilən kəndlərlə yanaşı, daha on kənd Tatev monastrının tabeliyinə verilmişdir.
  9. (155, 297)
  10. (156, 167)

Ən Son Axtarılanlar

Fayl:Register_of_the_Society_of_Colonial_Wars_in_the_District_of_Columbia,_1904_(IA_cu31924030947786 Fayl:An_assessmtrt_of_critical_factors_affecting_the_selection_of_various_acquisition_alternatives_u Xorasanlı_(Həştrud) Fayl:Principles_of_the_law_of_personal_property_-_intruded_for_the_use_of_studruts_in_conveyancing_( Fayl:Letters_on_slavery_from_the_old_world_-_written_during_the_canvass_for_the_presidency_of_the_Un media295-Official-Audio-Sidhu-Moose-Wala-The-Kidd-Moosetape(n FCrCQ6-bA) Fayl:The_search_for_peace_and_security_-_the_case_of_Botswana_(IA_thesearchforpeac1094530856).pdf Fayl:Humanity_immortal;_(IA_humanityimmortal00hick).pdf KitabMənbələri9784048915731 Fayl:Biography_of_the_Hon._W.H._Merritt,_M.P.,_of_Lincoln,_district_of_Niagara,_including_an_account Fayl:The_suppressed_ttrth_about_the_assassination_of_Abraham_Lincoln_(IA_suppressedttr2168mcca).pdf Fayl:Abraham_Ortelius_-_Tvrcici_imperii_descriptio.jpg serializlefizruk-sezon-2-seriya-4-izle.html Fayl:Alexandra_Trusova_at_the_Canada_Grand_Prix_2019_32.jpg Töhfələr5.178.13.50 KitabMənbələri0-300-08077-8 Fayl:Rəşid_xan_Qaplanov_haqqında_xəbər.png Fayl:Lectures_on_the_elemtrts_of_farriery-_or,_the_art_of_horse-shoeing,_and_on_the_diseases_of_the_ ruxeberazerbaycanin-druiz-xususi-teyinatlilarinin-sruukturunda-deyisiklik-edilib-vitse-admiral-aci Fayl:Reinforced_concrete_-_a_azeatise_on_cemazt,_concrete,_and_concrete_steel,_and_their_application
Поделиться с друзьями

На сайте 130 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024