• Dostluğa görə təşəkkür etməzlər, çünki o xidmət sayılmaz. (Q.Derjavin)
• Dostluq – bir gəmidir. Yaxşı havada iki nəfərə dənizin gözəlliyini göstərə bilər, pis havada isə – yalnız bir nəfərə. (A.Birs)
• Dostluq – özünə arzuladığının digərinə arzuladığındır; Sevgi – özünə arzuladığından digərinə daha çox arzuladığındır. (I.Şevelev)
• Dostluq – qanadsız sevgidir. (D.Bayron)
• Dostluq birgə keçirilən vaxtın səmərəsini artırır. (Əbu Turxan)
• Dostluq çox vaxt dostluqla da bitir, Sevgi isə nadir halda dostluqla bitə bilər. (Ç.Kolton)
• Dostluq eyniyyətdən, məhəbbət fərqdən yaranır. (Əbu Turxan)
• Dostluq iki bədəndə yaşayan bir nəfsdir. (Aristotel)
• Dostluq qanadsız məhəbbətdir. (Corc Bayron)
• Dostluq sevinci ikiqat edir, dərdi isə yarı bölür. (Frensis Bekon)
• Dostluq var - məqsədi xeyir üçün, dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün. (Aristotel)
• Dostluq vaxt aparır, sevinc gətirir. (Nərmin Xəlil)
• Düşməni bağışlamaq dostu bağışlamaqdan asandır. (Fridrix Nitsşe)
• Düşməninə etinasız olma: səhvlərini birinci o görür. (Antisfen)
• Düşmənlərinizi bağışlayın, amma adlarını unutmayın. (Con Kennedi)
• Əgər dostun səndən aşağıdırsa, sən həqiqi dost deyilsən; əgər yuxarıdırsa, – o həqiqi dost deyil. (Əbu Turxan)
• Əgər dostun sənə qarşı çox mehriban olub, demək ki, dostluq artıq pozulur. (Uilyam Şekspir)
• Ən qəddar düşmənin yalnız keçmiş dostun ola bilər. (Andre Morua)
• Əsil dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir. (Fransua de Laroşfuko)
• Əsil sevgini tapmaq çox çətindir, amma əsil dostluğu əldə etmək ondan da çətindir. (Fransua de Laroşfuko)
• Əslində tənha ikən tənha olmuram. (Fridrix Şiller)
• Güvən itdiyi yerdə, dostluq da itir. (Kiçik Seneka)
• Hamı ilə dost olanlar heç kimin dostu ola bilməzlər. (Əbu Turxan)
• Heç kimlə dostluq etməyən adam dostluğun nə olduğunu bilə bilməz. (Cəlaləddin Rumi)
• Hər kəs ancaq özünü sevir. Dost da ona görə sevilir ki, o bizim ikinci Mənimizdir. (Mark Tulli Siseron)
• Hörmət etmədiyiniz insanla heç vaxt dost olmağa çalışmayın. (Çarlz Darvin)
• İki insanın kiməsə qarşı ən böyük nifrəti, ən güclü dostluğa gətirib çixardır. (Tacit)
• İki qism adamların dostu olmur: Birincilər insanlığın elə yüksək mərtəbəsində olanlardır ki, bu mərtəbədə başqaları sadəcə yox dərəcəsindədir. İkincilər insanlığın elə aşağı mərtəbəsində olanlardır ki, orada dostluq məfhumunun özü yoxdur. (Əbu Turxan)
• İnamsızlıq başlanan yerdə dostluq qurtarır. (Kiçik Seneka)
• İnsanın pulu artdıqca düşməni, elmi artdıqca dostu çoxalar. (Mühəmməd peyğəmbər (SƏS))
• İnsanlar bir-biri üçündürlər. (Mark Avreli)
• İnsanlar körpü salmaq əvəzinə hasar çəkdikləri üçün tənha qalırlar. (İsaak Nyuton)
• Insanlarla elə yaşa ki, gələcəkdə dostun düşmanın olmasın, düşmanın isə dostun olsun. (Pifaqor)
• Kim ki, yeni dostları köhnələri itirmək hesabına qazanır, onun həqiqi dostu heç vaxt olmayacaq. (Əbu Turxan)
• Kişi və qadın arasında heç bir zaman dostluq ola bilməz. Onların arasında yalnız sevgi, düşmənçilik, ehtiras və məftunluq ola bilər. (Oskar Uayld)
• Ləyaqətsiz adamdan dost olmaz. (Əbu Turxan)
• Məhəbbət ehtiraslıdır, dostluq isə ruhani keyfiyyətdir. (Aristotel)
• Məhəbbət fərqli tərəflərin dostluğudur. Fərq itdikcə məhəbbət keçir, dostluq qalır. (Əbu Turxan)
• Məhəbbətin ömrünü dostluq uzadır. (Əbu Turxan)
• Mən tək olan zaman fikirlərimin Hər biri yanımda bir adam olur. (B.Vahabzadə)
• Mərdlər ilə gəz ki, vəfadar olur, Nakəslərə yoldaş olan xar olur, Namərd olur yaxşı gündə yar olur, Yaman gündə baxmaz, ötən yan ilə. (M.V.Vidadi)
• Neçə dostun varsa, o qədər də evin var. (El hikməti)
• Nədir axı dostluq? Bizi heyrətə gətirən bir söz, ilüziya. Xoşbəxt olduqda dalıyca qaçan , pis anlarında sadəcə itən bir kölgədir dostluq. (O.Qoldsmit)
• Nöqsansız dost axtaran dostsuz qalar. (Həsən bəy Zərdabi )
• O dost əsl dostdur ki, qüsurunu sənə çəkinmədən bildirər. (Nikola Bualo)
• O dostluq ki, artıq bitib, deməli heç dostluq da deyildi. (Publiy)
• O insan ki, hər kəslə dostluq edə bilir, heç kəs üçün əsil dost ola bilməz (O.Bartelemi)
• Qapımızdan hər kəsin çıxdıgı zaman, həmən qapını döyüb içəri keçmək istəyən insan – bizim əsil dostumuzdur. (E.Jounz)
• Qardaş dost olmaya bilər - amma dost həmişə qardaşdır. (Bencamin Franklin)
• Qarşılıqlı olmayan məhəbbətlər çox olur, qarşılıqlı olmayan dostluq isə yoxdur. (Əbu Turxan)
• Qorxaq dost düşməndən qorxuludur, çünki düşməndən ehtiyat edirsən, dostuna isə arxayın olursan. (Lev Tolstoy)
• Quş ancaq öz cinsindən olan quşlarla uçar. (Cəlaləddin Rumi)