Sitemizde bulunan atasözleri ve atasözleri aşağıdaki harflere göre gruplandırılmıştır
"Kasıb və varlı" ile ilgili atasözleri
- •
Ac qazanar, tox yeyər.
- •
Ac toxun üzünə baxmaqla doymaz.
- •
Dövlətli kasıb olsa – qırx il iyi getməz.
- •
Dövlətli yanına qaşıyanda, kasıb elə bilər ona pul verir.
- •
Dövlətliyə saxsı lazım olsa, kasıb kasasını sındırar.
- •
Kasıb bacını varlı qardaş istəməz.
- •
Kasıb cavan mərd olar.
- •
Kasıb çıraq yandırar, dövlətlinin pulunu sayar.
- •
Kasıb geyəndə soruşarlar: Haradandır?
Varlı geyəndə deyərlər: Mübarəkdir!
- •
Kasıba qul ol, varlıya oğul olma
(Kasıba oğul olunca, dövlətliyə qul ol).
- •
Varı olan taxar,
Varı olmayan baxar.
- •
Varlı arabasını dağdan aşırar,
yoxsul düz yerdə yolunu çaşar.
- •
Varlı bacı yaxında, yoxsul bacı uzaqda olmasın.
- •
Varlı kisəsini döyər, kasıb dizini.
- •
Varlı olan bir ayda, yoxsul qalır on ayda.
- •
Varlı olub qəm-qüssə ilə yaşamaqdansa,
kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır.
- •
Varlı umduğun yiyər, yoxsul olduğun.
- •
Varlı umduğunu yeyər, kasıb – olduğunu.
- •
Varlı varından pay versə, varsız da varlı olar.
- •
Varlığın sonu ilə, yoxluğun önü birdir.
- •
Varlının arvadı öləndə yorğan döşəyi təzələnər,
kasıbın arvadı öləndə yorğan-döşəksiz qalar.
- •
Varlının çörəyi kasıbın çənəsini yorar.
- •
Varlının əlin pıçaq kəsəndə, yoxsul köynəyin kəsər.
- •
Varlının əlini bıçaq kəsəndə yoxsul köynəyini parçalar.
- •
Varlının könlü oluncaya qədər kasıbın canı çıxar.
- •
Varlının malı, kasıbın övladı.
- •
Varlının torpağından çay keçər, kasıbınkından yol.
- •
Varlının torpağından çay keçər, yoxsulunkundan yol.
- •
Varlının varı gedər, muzdurun canı.
- •
Varlıya toxun keç, yoxsuldan qorun, keç.
- •
Vay o gündən ki, varlı adam yoxsulun əlinə düşsün.
- •
Vay ondadır ki, varlı evinə yoxsul girə.
- •
Yoxsulluğun yolun bilən, varlılardan xoş gülər.
- •
Yoxsulluqda varından demə,
Qocalıqda zorundan demə.
- •
Yoxsulluqdan - vara nə,
qocalıqdan - zora nə?