Daha yaşayıram xatirələrlə

Daha yaşayıram xatirələrlə


Ümid cücərtmirəm kökünün üstə,
Pənah bağlamıram həsrətə dəstə,
Nəyim var sənindir canımı istə,
Daha yaşayıram xatirələrlə.
***
Odlama qəlbimi,alışmaram mən,
Susaram ruhunla,danışmaram mən,
Bilirəm səninlə qovuşmaram mən,
Daha yaşayıram xatirələrlə.
***
Gələcək mənimçün dünən olubdu,
Zamanım axıbdı,vaxtım dolubdu,
Tanrı taleyimi sənsiz yazıbdı,
Daha yaşayıram xatirələrlə.
***
Kədər zirvəsində dumana tayam,
Həm batan günəşəm,bədirli ayam,
Mən o yaradanın qərib quluyam,
Daha yaşayıram xatirələrlə.
***
Mən qəmə sirdaşam kədərə yoldaş,
Quruyub gözlərimdən hicranlı yaş,
Məhəbbət ölübdü qoymuşam baş daş,
Daha yaşayıram xatirələrlə.
Sadece 1952 kişi okudu
Beğendim(536) | Beğenmedim(375)
Arkadaşlarınla ​​paylaş

Sitede 154 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024