Pudra necə hazırlanır?

Pudra necə hazırlanır?


Her gün yeni ilginç bilgiler ekleniyor

Pudra necə hazırlanır?

Pudra necə hazırlanır?
Pudra kosmetik vasitədir. Qadınlar ondan kosmetik vasitə kimi istifadə edirlər. Günümüzdə mağazalarda yüzlərlə növ pudralar satılır. Bunlardan bəziləri təbii üsullarla hazırlandığına görə heç bir allergik reaksiyaya səbəb olmur. Bəziləri isə keyfiyyəsiz üsullarla hazırlandığı üçün dəridə səpgilərə və qaşınmalara səbəb olur. Sizlərə təbii üsulla pudranın hazırlanma qaydasını öyrətmək istəyirəm. Pudranın tərkibi aşağıdakılardan ibarətdir:
- qarğıdalı nişastası
- düyü unu
- kakao
Yarım stəkan qarğıdalı nişastası, 1/4stəkan düyü unu və kakaonu bir-birinə qarışdırsanız ev şəraitində pudra hazırlamış olarsınız. Kakaonun az və çox olması sizin dərinizin rənginə uyğun olmalıdır. Dəriniz açıq rəngdədirsə kakaonun miqdarını azaltmaq, tünd rəngdədirsə bir az artırmaq lazım gələ bilir.
Tatli.Biz

Arkadaşlarınla ​​paylaş

Sitede 106 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024