Yayın ən zərif dəb tendensiyası - FOTOLAR

Yayın ən zərif dəb tendensiyası - FOTOLAR


Her türlü yemek ve tatlı tarifleri

Yayın ən zərif dəb tendensiyası - FOTOLAR

Yayın ən zərif dəb tendensiyası - FOTOLAR
Gözəl yunan qadınları, eləcə də Misir çariçaları yalın ayaqlarını cavahiratlarla bəzəməyi sevirdilər.
E.ə. yaranmış bu tendensiya indi müasir şəhərlərin küçələrində özünü göstərir.
Şərq qadınlarının da böyük məmnuniyyətlə istifadə etdiyi ayaq bilərziyi hazırda dünyanın hər yerində aktualdır. Qadının ayaq biləklərini bəzəyən nazik zəncirlər son illərin ən zərif tendensiyası sayılır. Belə görünür ki, ayaq bilərzikləri çoker adlanan qara xalta boyunbağıları geridə qoyacaq.  
Bu dəblə ayaqlaşmaq üçün büdcənizə zərər vermək məcburiyyətində deyilsiniz. Məsələn, mücrünüzdəki hər hansı nazik boyunbağılardan birini götürüb, ayaq biləyinə iki dəfə dolamaq kifayətdir. Bu aksessuarın üstü açıq səndəl, yaxud minimalist bosonojkalarla vəhdəti çox ahəngdar alınır. O, gündəlik və ziyafət libasları ilə də eyni dərəcədə gözəl qalır. Onu da qeyd edək ki, bir çox məşhur markalar yeni kolleksiyalarında xalxalın müxtəlif variantlarını təklif ediblər.
Publika.az
Yayın ən zərif dəb tendensiyası - FOTOLAR
Yayın ən zərif dəb tendensiyası - FOTOLAR
Yayın ən zərif dəb tendensiyası - FOTOLAR

Arkadaşlarınla ​​paylaş

Sitede 69 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024