Yeni il üçün qeyri-adi salat

Yeni il üçün qeyri-adi salat


Her türlü yemek ve tatlı tarifleri

Yeni il üçün qeyri-adi salat

Yeni il üçün qeyri-adi salat
Yeni il 2019-cu il Çin təqviminə görə Donuz ili sayılır.
Məhsullar:
- 2 kartof
- 2 yumurta
- yarım baş soğan
- 100 qr konservləşdirilmiş qarğıdalı
- 2 duzlu xiyar
- 150 qr bişmiş ət və ya toyuq
- 50 qr pendir
- duz, istiot, mayonez.
Hazırlanması:
Yumurta və kartofu bişirin, soyudun.
Soğanı xırda-xırda doğrayın, üzərinə qaynar su tökün, suyu süzün.
Yumurta ağlarını kənara qoyun, qalan inqrediyentləri kiçik kublar şəklində (qarğıdalı dənəsi boyda) doğrayın, qarışdırın, mayonez, duz və istiot əlavə edin, yenə qarışdırın.
Boşqaba salatlar üçün halqa qoyun, içinə salat boşaldın, üzərinə sürtçəcdən keçirilmiş yumurta ağlarını səpin.
Salatın üzərini bəzəmək üçün kolbasa və zeytundan istifadə edin.
Nuş olsun!

Arkadaşlarınla ​​paylaş

Sitede 132 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024