Dezinfeksiya Haqqinda Melumat - Vikipedia

Dezinfeksiya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dezinfeksiya (lat. Inficere — yoluxdurmaq) — xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyini məhv etmək üçün aparılan üsul və vasitələr. Dezinfeksiya və dezinseksiya əksepidemik işin tərkib hissəsi olub, törədicinin yoluxma yollarını və amillərini, deratizasiya isə infeksiya mənbəyinin aradan qaldırılmasına yönəlmişdir Dezinfeksiyanın əsas məqsədi infeksiyanı yayan əsas obyektləri (su, yeyinti məhsulları, məişətdə işlədilən əşyalar və s.) zərərsizləşdirməkdir. Dezinfeksiyanın bioloji, fiziki və mexaniki üsulları var:

  • Bioloji üsulla axar sular və gölməçələr Dezinfeksiya edilir.
  • Fiziki üsulla yüksək temperatur (quru və rütubətli isti hava), normal və yüksək təzyiqli su buxarı, qaynar su geniş tətbiq olunur.
  • Mexaniki üsulla yoluxmuş əşyalar (paltarları, xalçaları fırça ilə, mebel və mənzili tozsoranla təmizləmək, otağın havasını dəyişmək, otağı nəm əski ilə silmək və s.) zərərsizləşdirilir. Başqa üsulların tətbiqi mümkün olmadıqda kimyəvi üsuldan istifadə edilir.[1]

Mənbə redaktə

  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.

Sitede 77 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024