Portal:ABŞ kinematoqrafı/ABŞ müstəqil kinematoqrafı Haqqinda Melumat - Vikipedia

Portal:ABŞ kinematoqrafı/ABŞ müstəqil kinematoqrafı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:ABŞ kinematoqrafı/ABŞ müstəqil kinematoqrafı

ABŞ müstəqil kinematoqrafı termini, böyük kinokompaniyalardan kənarda mövcud olan Amerika kino sənayesinin bir hissəsini ifadə edir. Cəsarətli yaradıcılıq eksperimentləri və filmlərin kiçik büdcələri müstəqil amerika kinosunun fərqləndirici cəhətləri hesab edilir. Hollivud kinematoqraflarından fərqli olaraq, müstəqil amerika kinosunun populyarlığı ABŞ-da olduqca azdır, kakin onun populyarlığı, Kanadada və Avropada yəqin ki, ABŞ-la müqayisədə qat-qat daha çoxdur.

Əsl "müstəqil" filmlər - cəsarətlə eksperiment aparır və çox vaxt mühafizəkar dəyərlər ilə sərbəst şəkildə başa gəlirlər. Heç bir riyakarlıq, xurafatlıq və ən əsası da heç bir siyasi və ya dini tabuluqdan burada söz gedə bilməz - müstəqil filmlərində göstərilən süjet təbii, gündəlik, ya da əksinə, tam sürrealistik və absurd olmalıdır.

Heç kəsə sirr deyil ki, müstəqil kinonun seks və zorakılıq səhnələri kütləvi kinoya yol verilən həddi tez-tez keçir. Ona görə də yetkinlik yaşına çatmayanları müstəqil kino seanslarına baş çəkmələrinə icazə verilmir. Yəqin ki, məhz bu səbəbdən bir çox məşhur Hollivud ulduzları bu cür müstəqil kinolarda çəkilməyə razılaşmırlar. Yeri gəlmişkən, bəzi aktyorlar "müstəqil" filmlərdə çəkilməyi əksinə olaraq özlərinə şərəf hesab edir və bu istiqamətdə məşhurlaşmağı üstün bilirlər.

Nümayəndələri: Ketrin Bigelou, Qas Van Sent, Cim Carmuş, Con Karpenter, Rocer Korman, Coel Koen, İte Koen, Devid Linç, Stiven Soderberq, Kventin Tarantino, Endi Uorhol, Hel Hartli.


Sitede 27 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024