Sadiq Bağırzadə
Sadiq Şahin oğlu Bağırzadə (15 aprel 2002, Ərçivan, Astara rayonu – 30 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Sadiq Bağırzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Murov Aslanı |
Doğum tarixi | |
Doğum yeri | Ərçivan, Astara rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Murovdağ, Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Ərçivan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Şahin Bağırov |
Anası | Yeganə Bağırova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri |
Həyatı redaktə
Sadiq Şahin oğlu Bağırzadə 15 aprel 2002-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 2008-ci ildə şəhid Natiq Kərimov adına Astara rayonu Ərçivan qəsəbəsinin 3 nömrəli tam orta məktəbinin 1-ci sinfinə gedib. Evin tək oğlu olan Sadiq 2019-cu ildə məktəbi bitirib. Kiçik yaşlarından boksla məşğul olub. Boks üzrə Azərbaycan komandasının üzvü olub. İdman karyerasında medallar qazanıb və diplomla təltif edilib, respublika birincisi olub.
Hərbi xidməti redaktə
2020-ci il mayın 2-də əsgərliyə yollanmışdır. "N" saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyatçı kimi 4 ay ərzində daim təlimdə olmuşdur. Zabit heyəti ilə tək əsgər Sadiq Bağırzadə olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Sadiq Bağırzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sadiq Bağırzadə sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 15-i tarixli Sərəncamına əsasən Sadiq Bağırzadə ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medallatı ilə təltif edildi.
Təltifləri redaktə
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
- (15.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)[3]
İstinadlar redaktə
- ↑ "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı Arxivləşdirilib 2020-12-14 at the Wayback Machine"
- ↑ ""Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı"". 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-27.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-27.