Çöl pişiyi Haqqında Məlumat - Axtarış

Çöl pişiyi Haqqında Məlumat - Axtarış


Çöl_pişiyi üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Çöl pişiyi sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Çöl pişiyi sözünə uyğun gələn mahnı axtar və yüklə


Çöl pişiyi sözünə uyğun gələn lazımlı linklərə bax


Çöl pişiyi sözünə uyğun gələn şəkillərə bax və yüklə


Çöl pişiyi sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaÇöl pişiyi sözünə uyğun gələn məqaləni oxu


Çöl pişiyi sözünə uyğun gələn xəbər axtar və oxu


Çöl pişiyi sözünə uyğun gələn kinoya bax və yüklə


Çöl pişiyi sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Çöl pişiyi sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Çöl pişiyi tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Çöl pişiyi (lat. Felis silvestris) — pişik cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır.[3]

Çöl pişiyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi məlumat redaktə

Bədənin uzunluğu 53–70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm — dir. Çəkisi 3.4 – 5.3 kq — a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir. Buna görə də, ona bəzən xallı pişik deyilir. Xalları fərdi cəhətdən dəyişkəndir. Onlar nisbətən iri və ya xırda, sıx və seyrək yerləşəşmiş ola bilər. Başın peysər tərəfində 4 uzunsov tutqun zolaq, bel və qarın tərəflərində isə seyrək yumru qara ləkələr vardır. Quyruğunda 6–8 ədəd qara dairəvi zolaq vardır. Erkəklərdə kəllənin kondilobazal uzunluğu 88 – 103 mm, alın sümüklərinin eni 68 – 82 mm, dişilərdə isə bu göstəricilər 80 – 88 mm və 65 – 67 mm — dir.[4]

Yaşayış yeri və həyat tərzi redaktə

Avrasiyada, AfrikadaQafqazda geniş yayılıb. Qarışıq ovalıqdağ meşələrində (2000 m hündürlükdə) məskan salmağa üstunlük verir, daha az hallarda kollarda və evin çardağında yaşayır. Yuvasını oyuqlarda, qayaların dərələrində qurur. Qaranlıqda ova çıxır. Əsasən gəmiricilərlə, hərdən quşlarla qidalanır. Erkəklərin dəhşətli davalarıyla və qışqırığlarıyla müşahidə olunan cütləşmə fevral-mart aylarında başlayır. Hamiləlik dövrü 63–68 gün çəkir.[5] Bala pişiklər (3–8) kor doğulurlar, gözləri 9–11 gündən sonra açılır. ÇÖL PİŞİYİ-pişikkimilər fəsiləsindən olub yırtıcı və məməli heyvan cinsidir. Onlar xırda, orta və iri ölçülü olurlar. Kəlləsinin quruluşu, xəzinin rəngi və coğrafi yayılımasına görə pişiklər 20-dək yarım cinsə bölünür. Aralıq dənizi sahilboyu ölkələrdə, Orta AsiyadaAzərbaycanda yayılmış çöl pişiyi ehtimal olunur ki, ev pişiyinin əcdadı olmuşdu

Yayılması redaktə

Keçmişdə (keçən əsrin 50-ci illərinə qədər) çöl pişiyinə Naxçıvan MR-in Araz çayı vadisində, MuğanSalyan düzənliklərində daha tez-tez təsadüf edilirdi. Burada ildə 3–4 çöl pişiyi əldə edilirdi. Hazırda buralarda çöl pişiyinə təsadüf edilmir. Çox az hallarda Hacınohur çöllərində təsadüf edilir. Burada 1965-ci ildə 4 çöl pişiyi əldə edilmişdir. Düzənliklərdə, cavan kolluqlarda, qamışlıqlarda və subasar meşəliklərdə yaşayırlar.

Sayı redaktə

Azərbaycan ərazisində çöl pişiyi həmişə nadir növ olmuşdur. Keçən əsrin 50-ci illərində onlar MuğanSalyan düzlərində, eləcə də Naxçıvanda, Araz vadisində çoxsaylı olmuş, indi isə həmin yerlərdə rast gəlinmir (X. Ələkbərov). 1965-ci ildə Acınohur çölündə 4 fərd əldə edilmişdir. Bununla yanaşı, N. K. Vereşagin hələ 30-cu illərin sonu, 40-cı illərin əvvəllərində yazırdı ki, bu növün nadirliyi hər il Lənkəran və Salyan rayonlarından 1–2, Naxçıvandan isə 2–3 dərinin tədarük məntəqələrinə daxil olmasından görünür. Son zamanlar Azərbaycanın xırda vəhşi pişiklərinin tədqiqatı ilə məşğul olan S. B. Nəsibov da növün nadir olmasını təsdiq etmişdir. Hal-hazırda sayı məlum deyil.[6]

Məhdudlaşdırıcı amillər redaktə

Bu növün sayının dəyişməsinin əsas səbəbi onların yaşadığı yerlərdə kənd təsərrüfatı fəaliyyətinin güclənməsidir.

Qorunması üçün qəbul edilmiş tədbirlər redaktə

Qorunması davam etdirilməlidir.

Yarımnövləri redaktə

İstinadlar redaktə

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. "Vəhşi heyvanlar". 2012-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-13.
  4. Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
  5. Azərbaycanın heyvanlar aləmi. III Onurğalılar, 2004, s. 551–552;
  6. Верещагин Н.К. Каталог зверей Азербайджана. Баку: Азфан, 1942, с. 37–38

Ədəbiyyat redaktə

  1. Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
  2. Azərbaycanın heyvanlar aləmi. III Onurğalılar, 2004, s. 551–552;
  3. Верещагин Н.К. Каталог зверей Азербайджана. Баку: Азфан, 1942, с. 37–38.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024